Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Qızıl haqqında maraqlı faktlar

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Qızıl haqqında maraqlı faktlar

    • Bəşər tarixi boyu istifadə olunan qızılların 90 faizi 1848-ci ildən sonra tapılıb.
    • ABŞ-da tapılan ilk qızıl külçə 7.7 kiloqram ağırlığında olub. Bu, 1799-cu ildə Şimali Korolinada baş verib.
    • Yer kürəsinin qabığı təşkil edən hər milyard daşdan biri qızıldan ibarətdir.
    • 1848-ci ildən Kaliforniya ərazisində ilk dəfə qızıl tapılanda o hələ Meksika ərazisi idi.
    • Ən çox qızıl istehlakçısı olan ölkə Hindistandır. İllik 936 ton. Bu qədər qızıldan hər hindliyə qızıl üzük düzəltmək olar.
    • ABŞ-da hər il nişan üzüklərinə 17 ton qızıl sərf edilir.
    • Kibrit qutusu boyda qızılı tennis kortu boyda sahəyə yaymaq olar.
    • Tipik müasir qızıl külçəsi 11 kiloqramdan bir az çoxdur.
    • 1849-cu ildə insanların kütləvi qızıl axtarması zamanı, Kaliforniyada unun qiyməti 70 dollar, bir stəkan su 100 dollar idi.
    • İnsan orqanizmində 0,2 milliqram qızıl var.
    • Ən böyük qızıl külçə Avstraliyada tapılıb. Onun çəkisi 27 kiloqram olub.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.