1 sonuçtan 1 ile 1 arası
-
07-12-2011, 01:04 PM #1
iPhone və iPad asanlıqla sınır
Milli.Az xəbər portalı "PC Online"a istinadən bildirir ki, "iPhone Dev Team" qrupundan olan hakerlər intertə yaxşı bələd olmayan insanlara belə "Apple"nin mobil texnikasını "sındırmağa" imkan verən sayt yaradıblar.
İndi "iOS" əməliyyat sisteminin ən son versiyalı qurğuları, o cümlədən "iPad 2" planşet kompüterini həmin avadanlığın brauzerində xüsusi veb-saytı açmaqla "ceylbrek" etmək olar.
"JailBreak" ("həbsxanadan qaçış") prosesi qurğunun fayl sisteminə çıxış və "Apple"nin rəsmi internet-dükanı "App Store"dən fərqli mənbələrdən proqram əlavələrini yükləmək imkanı verir. Məsələn, "JailBreak"ə məruz qalmış "iPhone" telefonlarına pirat proqramlarını yükləmək olar.
Hakerlərin saytı vasitəsilə "iPhone 4" və "iPhone 3GS" smartfonları, "iPad" və "iPad 2" planşet kompüterləri, "iPod touch" pleüerləri, habelə "iOs" sistemli bütün avadanlıqları "sındırmaq" mümkündür.
"Apple" isə bəyan edib ki, "JailBreak"a əl atmış istifadəçilər korporasiyanın təminat dəstəyindən məhrum ediləcəklər.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri