Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Bir neçə maraqlı xəbər

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    baki
    Mesajlar
    493

    Bir neçə maraqlı xəbər

    Uşağınızı peyklə axtarın…


    Son vaxtlar peyk texnologiyasının geniş yayılması bu texnologiyadan kütləvi istifadə etmək üçün geniş imkanlar açıb. Məsələn, indi valideynlər peyk texnologiyasından istifadə edərək uşaqlarının harada olduğunu öyrənə bilərlər. GPS texnologiyası əsasında hazırlanan yeni sistem əsasən 4-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub…


    ABŞ-ın məşhur “Wherify Wireless” şirkəti tərəfindən istehsal edilən və artıq satışda olan yeni qol saatları GPS texnologiyasının köməyi ilə valideynlərə uşaqlarının harada olduğunu öyrənməyə imkan verir. Özü də bu əməliyyat cəmi 1 dəqiqə çəkir.


    Əgər ABŞ-da hər 42 saniyədə bir uşaq itdiyini nəzərə alsaq bu saatların valideynlər üçün nə qədər əhəmiyyət kəsb etdiyini təsəvvür etmək olar…

    “Həyəcan siqnalı”



    Yeni qol saatları valideynlərə uşaqlarının yerini internet vasitəsi ilə də öyrənməyə imkan verir. Bundan başqa saatla polisə birbaşa “mesaj” göndərmək və ya təhlükə hiss etdikdə “həyəcan siqnalı” vermək də mümkündür. Xatırladaq ki, “mesaj” sistemi “həyəcan siqnalı” sıradan çıxdıqda istifadə etmək üçün nəzərdə tutulub…

    Peyk xidməti üçün ayda 25 dollar


    Yeni saatlarda dənizçilər və sürücülər üçün nəzərdə tutulmuş GPS sistemindən istifadə olunub. Bundan başqa saat öz dizaynı ilə diqqəti cəlb edir. Yeni saatların uşaqların marağına səbəb olduğunu bildirən “Wherify” şirkətinin prezidenti Timothy Neher “Bunu uşaqların ilk rabitə vasitəsi də saymaq olar”, - deyir.


    ABŞ-da satışa çıxarılan saatların qiyməti 399 dollardır. Bundan başqa valideynlər peyk xidməti üçün ayda əlavə 25 dollar da ödəməlidirlər. Saatlar hələlik yalnız ABŞ-da satılır…



    Aya daha bir səfər


    ABŞ Kalifoniya Kosmik Tədqiqatlar İnistitutunun əməkdaşlarının Aya uçmalarına icazə verib. Mütəxəssislər Ayda öz cihaz və fotoaparatlarını quraşdırmaq niyyətindədirlər. Onlar Aya uçmaq üçün lisenziyanı iki ilə əldə ediblər. Bundan sonra onlar ABŞ-nin federal hökumətinə sübut ediblər ki, kosmik cihazlar Aya heç bir bioloji material aparmır. Bundan başqa, onlar əlaqədar təşkilatları düşdükləri yeri zibilləməyəcəklərinə də inandırmalı olublar. Yalnız bundan sonra icazə ala biliblər. Onların özləri ilə apracaqları “Treyl Bley” adlı cihaz orada 90 gün işləməlidir. Sonra cihaz Yerin sadə sakinlərinin məktublarını orada qoyub çəkdiyi şəkil və elmi materiallarla geri planetimizə dönəcək. Üstəlik, 1972 - ci ildə Amerika, sonrakı ildə isə Sovet kosmonavtlarının orada qoyduqları texniki avadanlıqları da özü ilə gətirəcək. Ən başlıcası isə səyahət sübut edəcək ki, “Appolon” kosmik gəmisinin orada olması barədə hökumətin yaydığı xəbər yanlışdır.



    Kompüterin tarixi


    Qısaca tərif etsək, hər cür məlumatı böyük sürətlə analiz edən və qiymətləndirən maşınlara kompüter deyilir. Günümüzdə saniyədə milyonlarca iş görən kompüterlərinin tarixi bir birindən maraqlı kəşflərlə doludur.


    Eramızdan əvvəl 3-cü minillikdə bəşəriyyət “saymaq” qavramı ilə tanış oldu . Bunun da səbəbi ilk alver yəni ticarət hadisəsinin baş verməsi idi.


    Gündəlik həyatda və ticarətdə istfadə edilən ilk yazı mixi yazısı oldu. Amma ticarət əlaqələrin miqyasının böyüməsi ilə e.ə. 2600-cü illərdə çötkə adlandırılan ilk hesablama vasitəsi icad edildi və ticarətdə bizim eranın 1700-cü illərinin sonuna qədər işlədildi. Dövrümüzdə də rəqəmlərlə təzəcə tanış olan uşaqlarımız çötkələrdən təhsil məqsədi ilə istifadə etməkdədir.


    16-cı əsrdə Fransa riyaziyyatçısı, fiziki, filosofu və yazıçısı Bleyr Paskal, Paskaline adlandırılan, toplama və çıxarma əməllərini yerinə yetirən riyazi maşın ixtira etdi.


    16-cı əsrin sonunda Joseph-Marie Jagquard, Jakar dəzgahı adi ilə tanınan bir çox deşikli kardlarla idarə edilən toxuma dəzgahı düzəltdi. Dəzgahda istifadə olunan deşikli kardlar daha sonrakı yüzilliklərdə istehsal ediləcək kompüterlərdə istifadə olunacaqdır.


    1854-cü ildə computerlərin çalışdığı ikili ədədlər sistemi riyaziyyatçı George Boole tərəfindən kəşf edildi.


    1937- ci ildə İBM firmasının mühəndisləri Howard Arkenvə Brown ilk avtomatik kompüter düzəltdilər. Bu İBM-in ilk modeli olan MARK-I idi.


    1960-cı ildə tamamilə tranzistor texnalogiyasına keçildi, tonlarla ağırlıqdakı cihazlar şkaf formasına aldı.


    70-ci illərin əvvəllərinə qədər fərdi kompüterlər düşünülməmişdi.


    1970-ci ildən sonra ilk mikroprosessor düzəldildi və fərdi kompüter qavrama meydana gəldi.


    Steve Jobs və Steve Wozniakadlı iki dost evlərinin qarajinda ilk fərdi kompüterin dizayınına başlayıblar. 1975-ci ildə Basic və CP/M sistemi ilə işləyən Apple 1-i düzəltdilər. 1977 ildə bu inkişaf etirilib Apple2 kompüterinə dönüşdürüldü.


    1985-ci ildən sonra İntel 8086-80286-80386-80486 seriyalı prosessorlar düzəltdi. 1993-cü ildən sonra isə Pentium öz inkişafına başladı. Əvvəlcə Pentium 60 və 90 çıxdı, onların arxasından da Pentium 75-90-100-120-133-166-180-200 Mhz istehsal edildi.


    2000-ci ilin sonlarında İntel son məhsulu olan Pentium4 prosessorları bazara sürdü. Bunlar 1.5 Ghz sürəti ilə başlayıb P4-1.5, P4-1.6, P4-1.7, P4-1.8, P-2.0, P4-2.2, P4-2.3 və son olaraq da P4-2.53prosessorlarıdır. İntelin hədəfi irəlidəki illərdə sürəti 10 Ghz-ə çıxartmaqdır. Bu hədəfə çatmaq üçün çalışmalar


    İnsan özünə kənardan baxa bilər


    İsveçrəli alimlər maraqlı açıqlama veriblər.


    Onların dediklərinə görə, beyindəki xüsusi hissənin köməyilə insan özünə kənardan baxa bilər. Cenevrəli alimlər bu qənaətə epilepsiyadan əziyyət çəkən xəstənin beynində müşahidə etdikləri qeyri-adi hadisəni araşdırarkən cəliblər. Xəstənin beynindəki müəyyən hissələrin qıcıqlandırılması nəticəsində, ona elə gəlib ki, özünə yuxardan baxır. İsveçrəli alimlərin fikrincə, sağlam insan beynində orqanizim harada yerləşdiyini göstərən məlumatlar toplanır. Daim hərəkətdə olan sinir lifləri sinir yolundan çıxanda isə düzgün olmayan “şəkil çəkir”. Yəni insan özünə kənardan müşahidə edə bilər. Alimlər bu təcrübəni hələlik bu xəstənin üzərində aparıblar. Onlar gələcəkdə təcrübəni davam etdirmək məqsədilə başqa xəstələrə də müraciət etmək fikrindədirlər.



    Əslində stolüstü olan dizüstü notebook


    Sənəd çantası boyda və 4.5 kq çəkisində olan Toshiba Satellite 1955, ilk baxışda bir dizüstü notebook kimi görünür.


    Ancaq Toshibanın məhsul bazarlama (marketing) müdürü Masa Okumura, klavyaturanı ana gövdədən ayıraraq 1 metr uzaqlıqdan da işlədilə bilən dizüstü yaratdı. Şnursuz şəraitədə böyük rahatlıqla istifadə olunabilən Satellite 1955 16


    Gələcəyin oyuncağı



    NeCoRo pişik oyuncağı adı Yapon dilində pişik mənasına gələn “Neko” və İngilis dilində “Communication” və “Robot” sözlərinin ilk 2 həriflərinin birləşdirilməsindən meydana gəlmişdir. Ən önəmli xüsusiyyəti təbii mimikası ilə həqiqətə ən yaxın robot olmasıdır. 15 qəbuledicinin köməyi ilə istiqamət alma, hərəkət etmə, miyolama kimi xüsusiyyətləri yerinə yetirir. Robot pişik 9 hissi sensoru ilə də hansı güclə toxunulduğunu hiss edir. Burnunda yerləşən hərəkət sensoru liə yeriyən və 3 səs sensoru ilə 48 fərqli səs çıxara bilən robotun mərfətləri bununla bitmir. Uzun müddət qayğı görməyəndə “soyuq” davranışları ilə cavab verə bilir. Omron firması tərəfindən sadəcə 5000 ədəd istehsal edilən robot Yaponiyada 185000 yenə satılır.
    SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
    BU HISSI HER INSAN YASAYA BILMIR
    HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
    ONU DA HER INSAN YASAYA BILMIR

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.