1 sonuçtan 1 ile 1 arası
-
05-24-2011, 09:46 PM #1
Bu gün Xanım Fatimənin (s.ə) mövludu günüdür.

Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövlud günü İslam aləmində Xanımlar bayramı kimi də qeyd edilir.
Xanım Fatimənin (s.ə.) dünyaya gəldiyi gün – İslam aləmində ən əlamətdar günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyi o səviyyədədir ki, Allah Təala xanım Fatimənin (s.ə.) dünyaya gəlişi münasibətilə Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-Kərimin «Kövsər» surəsini nazil edir.
"Həqiqətən biz sənə kövsər əta etdik. (Çoxlu xeyir, sabit din, baqi kitab, sonsuz elm, Həzrət Fatimeyi-Zəhranın (salamullahi-əleyha) günü-gündən artan baqi nəslini, ümmətin alimlərini, Kövsər hovuzu və Cənnətdə çay əta etdik). Odur ki, (şükranlıq üçün) Rəbbinə itaət et və namaz qıl, (ona təkbir deyərək) qurban kəs. Həqiqəqətən sənin düşəmənin özü sonsuz və nəsli kəsilmişdir", Kövsər surəsi.
Xanım Xədicə Peyğəmbərlə (s) izdivac qurandan sonra Məkkə qadınları ondan uzaqlaşmağa başladı. Və onun evinə gediş-gəlişi də kəsdilər. Xanım Xədicə bu olaydan çox üzüldü. Amma bu nigarançılığın ömrü Xanım Fatimənin (s.ə) onun bətninə düşməsinə qədər oldu. Belə ki, hələ pak anasının bətnində olan Xanım Fatimə (s.ə) anası ilə söhbətləşir və ona ürək-dirək verirdi. Xədicə də bu mətləbi Peyğəmbərdən (s) gizlədirdi. Bir gün Peyğəmbər (s) evə daxil olanda Xədicənin kiminləsə danışdığını eşitdi. Və ondan kiminlə danışdığını soruşdu. Xədicə də bətnindəki körpə ilə danışdığını və bu körpənin ona həmdəm, həmsöhbət olduğunu bildirdi. Bunu eşidən Peyğəmbər (s) buyurdu: "Ey Xədicə, Cəbrayil (ə) indicə nazil oldu və sənin bətnindəki körpənin qız olduğunu və bizim mübarək, pak nəslimizin də bu uşaqdan olacağını bildirdi. Allah-təala tezliklə mənim nəslimi onun vasitəsilə dünyaya gətirəcək. İmamlar onun nəslindən dünyaya gələcəklər. Allah-təala mənə olunan vəhy kəsildikdən sonra (mənim vəfatımdan sonra) onları yer üzündən mənim canişinim və xəlifələrim qərar verəcəkdir. Allah onun övladlarını ümmətin imamları və yer üzərində öz xəlifəsi qərar verdi".
İslam Peyğəmbəri Hz. Məhhəmməd (s) dəfələrlə mühacir və ənsarların qarşısında Fatiməni (s.ə) "Yaranışdan bu günə qədər dünya qadınlarının zinəti", "dünyanın ən fəzilətli xanımı" və "Cənnətin ən fəzilətli qadını" kimi tərif etmişdi.
Peyğəmbərin xanımı Aişə buyurur ki, Fətimə (s.ə) hər dəfə Peyğəmbərin (s) yanına gələndə Peyğəmbər (s) yerindən qalxar və onun əlindən, üzündən öpərdi. Və onu öz yerində otuzdurardı. Həmçinin Xanım Aişə buyurub: "Heç kəsi Fatimə (s.ə) qədər Peyğəmbərə (s) oxşayan görməmişəm. Peyğəmbər (s) Cənnət ətrini duymaq üçün həmişə Fatiməni (s.ə) öpərdi. "Cənnətin iyini Fatimədən (s.ə) alıram. Fatimə (s.ə) cənnət qadınlarının başında gəlir. Fatimə (s.ə) asimani bir insandır", - deyərdi.
Xanım Fatimə öz fəziləti və dəyəri ilə insanlığın bütün həqiqətini, kamilliyini, bir qadına verilə biləcək ən ali dəyərləri özündə ehtiva etmişdi. Məhz buna görə də Peyğəmbər (s) buyurub: "Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, onun sevinci ilə sevinir". "Fatimə (s.ə) mənim tənimin yarısıdır. Kim Fatiməni (s.ə) incitsə, məni incidir, onunla düşmənçilik edən mənimlə düşmənçilik edir". "Fatimə (s.ə) mənim qəlbimdir, ruhumdur".
Həzrət şər əməllərdən uzaq olduğuna görə Fatimə adlanmışdır. Çünki Qurana görə o, məsum sayılır. Həzrəti Zəhranın ( s ) bərəkətli ömrü 18 ildən ibarət olmuşdur.
Zəhra ( s ) imamlar (ə ) anası və vəd verilmiş sirr ocağı, yəni aləmin xilaskarı Sahibəzzamanın ( ə ) anasıdır.
Fatimeyi-Zəhra (ə) İslam dinində ideal qadın və həyatda xoşbəxliyi axtaran hər bir qadın üçün ən gözəl nümunə hesab olunur. O, xanımlar xanımı, vəhy və Quranla tərbiyə alan Peygəmbər və din mədrəsəsinin yetişdirməsidir. Fatimə (ə) əzəmət və dərəcədə elə bir uca zirvəyə çatmışdır ki, atası Rəsulullah (s) Onun (ə) haqqında buyurub: Həqiqətən, Allah Fatimənin razılığına razı olur və qəzəbinə qəzəblənir.
Bu baxımdan dünyada olan hər bir qadın bu əzəmətli xanımı özünə həyatda örnək bilməli və Onun parlaq nuru ilə işıqlanıb səadət və xoşbəxtlik yoluna Onun başçılıgı altinda getməlidir.
Xanım Fatimə hər bir yaxşılığın örnəyi və hər bir xeyirin nümunəsidir, Onu özünə nümunə götürən hər bir qadın xoşbəxt və Onu qoyub başqasını özünə nümunə götürən hər bir qadın isə bədbəxtdir.
Bu əzəmətli xanım hicab və ismətin zirvəsində idi və evdən çıxanda ancaq ayağının altından başınadək bütün bədənini örtən çadra ilə çıxırdı. Xanım Fatimə (ə) açıq-saçıqlığa həddindən artıq nifrət edirdi, çünki bu, Allahın da xoşuna gəlmir və bütün rəzilliyin açarı, pozğunluğa gedən yol və düşgünlüyün müqəddiməsi – daha doğrusu, düşkünlüyün elə özüdür.
Zəhra ( ə ) gəlin köçən gün Peyğəmbərin ( s ) ona verdiyi cehizlərin qiyməti 63 dirhəm və bunlardan ibarət idi: əba, məqnəə, köynək, həsir, pərdə, yorğan, dəstək, balış, aftafa, badə, kuzə, kasa, əl dəyirmanı, tuluq, dəsmal və qoyun dərisi. İslam peyğəmbəri ( s ) cehizləri görən zaman gözləri yaşardı və belə dua etdi: "İlahi, əksəriyyəti gildən (palçıqdan) olan bu cehizləri mübarək et!"
Həzrəti Zəhra ( s ) bəxt evinə köçən gün yolda gəlinlik köynəyini bir yoxsula verir və özü isə əynindəki köhnə köynəyi ilə gəlin köçür.
Rəvayətlərə görə, Zəhra ( s ) ibadət edərkən o qədər ayaq üstə durardı ki, ayaqları şişərdi. İmam Həsən ( ə ) buyurur: " Anam gecənin əvvəlindən sübhə qədər ibadət edər, namazdan ayrılanda isə başqaları üçün dua edərdi. Bir dəfə ondan soruşdum ki, bəs özümüz üçün niyə dua etmirsən? Buyurdu: Əvvəl qonşu, sonra ev əhli."
Həzrət Zəhra ( s ) "təsbihatı" ilə də fəzilət qazanmışdır. Imam Baqir (ə) buyurmuşdur; "Hər kəs Həzrət Fatimənin zikrini deyib sonra bağışlanmaq diləsə bağışlanar. O, dildə yüzdürsə, mizanda mindir. O, şeytanı uzaqlaşdırır və Rəhmanı razı salar"
Peyğəmbər və onun Əhli-beyti ( ə ) bizə örnək və ülküdür. Müqəddəs Quran bu haqda belə buyurur: " Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər ( Allahdan, qiyamət günündən qorxanlar ) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir." (Əhzəb surəsi, ayə 21)
Dünya və axirət səadətini əldə etmək istəyənlər İslam Peyğəmbəri və Əhli-Beytinin ( ə ) arxasınca getməlidirlər. Müsəlman qadınlar iffət, fədakarlıq, insanlara və ailəyə qayğı, evdarlıq və övadın düzgün tərbiyəsində Həzrəti Zəhradan ( s ) örnək götürməlidirlər.
Xanım Fatimə (s.ə) mövlüdü günü münasibəti ilə bütün ana,bacılarımızı öz adıdman təbrik edirəm.[


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri