Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Hansı meyvə suyu necə kaloridir?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Hansı meyvə suyu necə kaloridir?


    PORTAĞAL SUYU

    C vitamini baxımından zəngin olan portağal suyu immunitet sistemini gücləndirir. Xüsusilə qış aylarında içəcəyiniz təzə sıxılmış portağal suyu soyuqdəymələr və qripə qarşı qoruyur.
    Təzyiqin tarazlaşdırılmasına və ürək sağlamlığının qorunmasına kömək edən portağal suyu sadəcə 100 kaloridir.


    ALMA SUYU


    Aclıq, qan şəkərini tarazlayan, böyrəklərin tənzimlənməsində təsirli xüsusiyyətə sahib alma suyu xolestrolun düşməsinə də kömək edir. Həzm sistemi və mədə xəstəliklərini yaxşılaşdırmaq, baş ağrısını aradan qaldırmaq üçün alma suyu içmək faydalıdır. Təzə sıxılmış alma suyu sadəcə 100 lakoridir.

    GİLANAR SUYU

    Gilanar tərkibindəki maddələr sayəsində hüceyrələrin yenilənməsini sürətləndirir. Sağlam və hamar bir üz dərisi üçün gilanar suyu köməyimizə çatır. Beyin və sinir sisteminin inkişaf etdirir, sidik yollarını təmizləyir. Bir stəkan gilanar suyu sadəcə 110 kaloridir.

    ÜZÜM SUYU

    Üzüm suyu bağırsaqları işlədici və sidik sökdürücü xüsusiyyətə malikdir. Tərkibindəki antioksidant sayəsində üzün yaşlanmanın qarşısını alır, qan azlığını aradan qaldırır. Özünüzü yorğun hiss edərkən bir stəkan üzüm suyu içsəniz rahatlaşmış olduğunuzu hiss edəcəksiniz. Bir stəkan üzüm suyu sadəcə 150 kaloridir.


    ƏRİK SUYU

    Qadınların risk altında olduğu sümük əriməsinə qarşı ərik suyu içərək qoruna bilərsiniz. Tərkibindəki kalsium və maqnezium sayəsində sümük əriməsinin qarşısını alır. Həzm sisteminin tarazlı işləməsi üçün lazımlı təbii lifləri yaradır, qəbzliyə qarşı təsirlidir. Bir stəkan ərik suyu sadəcə 110 kaloridir.

    KÖK SUYU

    Qan dövranını gücləndirir, bağırsaq sisteminin davamlı işləməsinə kömək edir. Sakitləşdirici və rahatladıcı özəlliyə malikdir. Bədənin A vitamini və beta karatin ehtiyacını qarşılayır. Mədə yanması problemi yaşayırsınızsa bir stəkan təzə sıxılmış kök suyu köməyinizə çatacaq.
    Təzə sıxılmış bir stəkan kök suyu sadəcə 130 kaloridir.
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.