1 sonuçtan 1 ile 1 arası
-
02-09-2011, 01:08 PM #1
Türkiyədə yeni serial - Cennetin Sırları
Türkiyənin “Star” telekanalı tezliklə yeni serialın nümayişinə başlayacaq.
Milli.Az xəbər portalı telekanalın internet saytına istinadən xəbər verir ki, serial həftə içi hər gün yayımlanacaq. “Cənnətin sirləri” serialında gənclik atəşi ilə alışan altı gəncdən söhbət gedir. Onlar xəyalları və idellarının arxasınca getmək üçün həyata atılırlar.
Kiminin çox adi xəyalları var. Kimisi isə dünyanı ovuclarının içində tutmaq istəyir. Aradan keçən zaman xəyallar qədər, onların daşa dəyməsi ilə də müşayiət olunur. Birinin xoşbəxtliyi digərinin bədbəxtliyi demək olanda işlər qarışır. Keçmişdə baş verən hadisə barəsində söhbət açılmasa belə, onların arxasınca düşür. O gecə nə baş vermişdi, kimin həyatı alt-üst olmuşdu, kimin nə günahı var idi… Cavablar gün keçdikcə ortaya çıxacaq. Amma bu cavablar da özləri ilə yeni suallar gətirir.
Gənclər illər sonra bir araya gəldikdə çox şeyin dəyişmiş olduğunu görürlər. İstədikləri şeylər əslində başqalarına aiddir artıq. Arzuları olnları qaranlıq və iztirablı mübarizənin ortasına atır. Pulun və gücün itən xoşbəxtlik və yox olan xəyallar qarşısında çarəsiz qaldığı, istəklərin başqa həyatlara təsir etdiyi bir serial olan “Cənnətin sirləri” hər seriyasında intriqalarla tamaşaçılarla görüşəcək.
Milli.Az


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri