Heyatda dunya malini sevenler ucundu itirdiklerine catmamag. Onsuzda insan itire itire yashayir ve oyrenir. Agilli ve ALLAHi taniyan insanlarin qazandiglari daha onemlidi neyinki itirdikleri....Omrunun sonunda da momin insanlar cismini itirir ve en boyuk vusali yasayaraq ALLAHa qovuwur! Men itirdiklerimi qaytarmaga caliwmiram.Eslinde her son bir boyuk bashlangicdir...
5 sonuçtan 1 ile 5 arası
-
11-04-2010, 07:59 PM #1
Niyə çata bilmirsən itirdiklərinə?

Niyə çata bilmirsən itirdiklərinə?
Ümidin bitdiyi yerdə verirsən son nəfəsini.
Güzgüdə üzünə baxanda deyil, gözlərinin içinə baxanda, görürsən içini.
Yazmağa çalışarkən, əllərin titrəyəndə, anlayırsan tükənmək üzrə olduğunu və gülümsəyəndə acıların axar göz bəbəklərindən damla-damla.
Hər yeni başlanğıcda bir az daha sona yaxınlaşdığını bilmək, dadsızlaşdırar damağını və susarsan.
Nə son dedikdə son olar hər şey, nə də yeni bir başlanğıc diləyəndə yenidən başlaya bilərsən
Özünə dediyin yalanları hiss edərsən çiyinlərində, ağırlığı səndən çox olar.
Ürəyin qorxudan titrəyər, ancaq sən cəsurca üstünə gedərsən həyatın.
Səni bir az daha sona yaxınlaşdırdığını bildikcə, yandırarsan bir siqaret, daha nə qədər yaşamaq istəsən də. Nəfəs almaq hər dəfə bir az daha çətinləşir duman dolu ruhunda. Nəfəs almadan, yaşamağa çalışarsan.
Vücudundan əvvəlcə beynin yox olmağa başlayar, sovrular ruhun boşluğunda.
Sevdiklərinə baxarsan, əvvəllər heç baxmadığın kimi.Ən çox sevdiklərin səni heç sevməmiş kimi dayanar qarşında.
Hirslənərsən bəzən sevgilərini sənə göstərmədikləri üçün, ancaq çarəsiz anlayarsan.
"Kaş ki" lərin həqiqi mənasını kəşf edərsən çarəsiz halda.Heç qurtula bilmərsən "kaş ki"lərin üstünə damğalanmış izlərdən.
Artıq səndən heç bir şey olmadığını gördükdə, xatrlayarsan əslində nə olmaq istədiyini.
Bircə vermədiyin gözəlliklər qalar ovcunda. Artıq itirdiyin zamanda vermədiklərini verə bilmərsən.
Zəhər dolaşar damarlarının qəlbinə uzanan qıvrımlı dar yollarında. Eləcə qalarsan ölüm və həyat arasında. Bir gün həyatın harasında yıxılacaqsan, bax onu da bilmirsən
Və anlayırsan ki, sən çata bilmirsən itirdiklərinə
P.S. - Bəs sən necə? Çata bilirsənmi itirdiklərinə? Və ya çatmaq üçün əlindən gələni edirsənmi?[
-
11-04-2010, 08:58 PM #2
Re: Niyə çata bilmirsən itirdiklərinə?

Təvazökar ol amma özünü heç vaxt UCUZ SATMA!!!
Geriyə bax amma heç vaxt GERİ DÖNMƏ!!!
Bağışla amma heç vaxt UNUTMA!!!
Arxadan vurulmaq istəmirsənsə heç kimə ARXALANMA!!!
-
11-05-2010, 12:25 AM #3
Re: Niyə çata bilmirsən itirdiklərinə?
gözəl mövzudur.təbriklər.
bir tək çalıdığım *KAŞ Kİ*-ləri *NƏ YAXŞI Kİ*-lərlə əvəz eləməkdir. onun üçün də deməzdim tam əlimdən gələnləri amma cəsarətim çatan qədər eləyirəm.
uğurlarREALLIĞI XƏYALLARDAN AYIRMAĞI BACAR.
XƏYALLARI İSƏ REALLIQ ETMƏK ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ET (r.a.)
-
11-05-2010, 11:55 PM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Niyə çata bilmirsən itirdiklərinə?
- Bəs sən necə? Çata bilirsənmi itirdiklərinə? Və ya çatmaq üçün əlindən gələni edirsənmi?
bilmirem itirdiyimin qayitmaqini eslinde isteyirem ya yox ?? yeginki yox .eger 1 defe itirmisemse demek novbeti defe de bunu yasamaq qorxusu var .
-
11-08-2010, 10:43 PM #5Member
- Üyelik tarihi
- Aug 2010
- Mesajlar
- 60
Re: Niyə çata bilmirsən itirdiklərinə?
Hər insanı əvəz edə biləcək kəslər vardır məncə.Təşəkkürlər
Kölə sahibləri çörək dərdi çəkmədikləri üçün filosofluq edirdilər, çünki çörəklərini kölələr verirdi onlara. Kölələr çörək dərdi çəkmədikləri üçün filosofluq etmirdilər, çünki çörəklərini kölə sahibləri verirdi onlara. Kölələr fəlsəfə dərdi çəkmədikləri üçün çörək bişirirdilər, çünki fəlsəfələrini kölə sahibləri verirdi onlara. Fəlsəfə sahibləri kölə dərdi çəkmədikləri üçün çörək bişirmirdilər, çünki kölələrini fəlsəfə verirdi onlara. Fəlsəfənin çörəyi yoxdu, çörəyin fəlsəfəsi var. Və sahibsiz fəlsəfənin çörəyini, sahibsiz çörəyin fəlsəfəsi yedi. Çünki, çörəyin sahibsiz fəlsəfəsi, fəlsəfənin sahibsiz çörəyini yedi.


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla

Yer imleri