Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Ahmet ŞAFAK albomunun təqdimatını Bakıda keçirib

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Ahmet ŞAFAK albomunun təqdimatını Bakıda keçirib

    Bu gün Bakıda əslən azərbaycanlı olan Türkiyə sənətçisi və yazarı Ahmet ŞAFAKın “Aşk və Vatan” albomunun təqdimatı keçirilib. ANS PRESS-in məlumatına görə, təqdimat mərasimi “Azəri-Türk” Qadınlar Birliyi və Azərbaycan - Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.

    “Aşk və Vatan” albomunun sayca 9-cu olduğunu bildirən Əhməd Şəfəq, albom təqdimatını ilk dəfədir Azərbaycanda keçirdiyini deyib: “Bu albom Türkiyədə işıq üzü görüb, ancaq Azərbaycanda təqdim edirəm. Bir aydan sonra isə Türkiyədə təqdim olunacaq. Altı ildir çox tez-tez Azərbaycana gəlirəm, konsert proqramı ilə çıxış edirəm. Bu müddət ərzində beş albomumun çıxmasına baxmayaraq, ilk dəfədir ki, Azərbaycanda təqdimat keçirirəm”.

    Albomda yer alan 14 mahnıdan 13-nün söz və musiqi müəllifi Əhməd Şəfəq özüdür.

    Təqdimat mərasimində telejurnalist Sevil Nuriyeva, şairə Sona Vəliyeva, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, xalq artistləri Fuad Poladov, Nisə Qasımova, Brilliant Dadaşova, Afaq Bəşirqızı, əməkdar artistlər Aybəniz Haşımova, Tünzalə Ağayeva, müğənni Qismət və başqaları iştirak ediblər.

    Sonda türkiyəli müğənni Ahmet Şafak azərbaycanlı həmkarları ilə birgə “Azərbaycan-Türkiyə” mahnısını ifa edib. ANSPRESS

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.