Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Google TV ilin sonuna kimi istifadəyə veriləcək

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Google TV ilin sonuna kimi istifadəyə veriləcək

    İstifadəçilər üçün pulsuz olacaq

    “Google TV” televiziya servisi ilin sonuna kimi ABŞ-da istifadəyə veriləcək.

    Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu “Google” korporasiyasının rəhbəri Erik Şmidt bəyan edib.

    Servisin dünya üzrə istifadəyə verilməsi 2011-ci il üçün nəzərdə tutulub. “Google TV” istifadəçilər üçün pulsuz olacaq. “Google” bu servislə bağlı aparıcı elektronika və kontent istehsalçıları ilə də əməkdaşlıq edir. “Google” teleservisinin ilk tərəfdaşları kimi Yaponiyanın “Sony” və İsveçrənin “Logistech” şirkətlərinin çıxış edirlər. “Samsung” da yeni servisin dəstəklənməsində maraqlı olduğunu bildirib.

    2010-cu ilin may ayında təqdim edilmiş “Google TV” platformasının istifadəçilərə televizor vasitəsilə internet-videoya baxmaq, eləcə də Şəbəkədə işləmək imkanı verəməsi planlaşdırılır. Bəzi televizor modellərinin birbaşa yeni servisi dəstəkləyəcəyi gözlənilir. Digər modellər üçün xüsusi qurğu əldə etmək lazım olacaq.

    LENT.AZ

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.