Qiyamətə nə qədər var? o sula hech kim cavab vere bilmez yalniz ve yalniz ALLAH BİLİR.movzuya gore![]()
4 sonuçtan 1 ile 4 arası
-
08-27-2010, 12:39 PM #1
Qiyamətə nə qədər var?
Son günlər mətbuatda qiyamətin vaxtı haqqında yazmaq dəb halına gəlib. Yalançı falçılar, uydurma Nostradamuslar qiyamətin nə vaxt qopacağı haqda ağıllarına gələn rəqəmləri söyləyirlər. Bəri başdan deyək ki, əgər kimsə qiyamətin nə vaxt qopacağını söyləyirsə, onun yalan danışdığına yüz faiz əmin olun və heç çəkinmədən alnına deyin ki, sən yalançısan, fırıldaqçısan. Çünki Allah Rəsulu bu haqda bir şey deyə bilməyibsə, bu gün fırıldaqçı falçıların sözlərinə inanmaq nə qədər doğru olar? Amma biz bu məsələyə başqa yöndən yanaşmaq istəyirik.
Bir dəfə Allah Rəsulu ibadətlə məşğul olarkən bir çöl ərəbi gəlib yanında durur. Peyğəmbərimiz tez namazını tamamlayıb ona tərəf dönür və nə istədiyini soruşur. Çöl ərəbi “Ya Rəsulullah, qiyamət nə vaxt qopacaq?” soruşur. Rəsulullah “Qiyamətə nə hazırlamısan ki?” deyə sualı sualla qarşılayır.
- Elə bir hazırlığım yoxdur, amma Allahı və onun rəsulunu çox sevirəm, - deyir.
Rəsulullah gülümsünür və “Qiyamət günü hər kəs öz sevdikləri ilə birlikdə olacaqdır”, buyurur.
Başqa bir hədisi-şərifində Peyğəmbərimiz:
- Əgər qiyamətin qopduğunu görsəniz və əlinizdə bir fidan varsa, siz heç nəyə fikir vermədən o fidanı əkin, - buyurur.
Çox maraqlı, mənalı və ibrətli kəlamdır deyilmi? Lap tutaq ki, qiyamətin nə vaxt qopacağından xəbərdarsan, əlindən nə gələr ki? Bu hədisi-şərif insanın öz boyunu aşan işlərə baş aparmamasını sadəcə, öz vəzifəsini yerinə yetirməsini tövsiyə edir.
Başqa bir məsələ, insan öldükdən sonra onun imkanları sıfıra enir. Yəni qazanacağımız savabları da, işlədiyimiz günahları da biz həyatda ikən yerinə yetiririk. Öləndən sonra bizi qiyamətə qədər qazancsız, zərərsiz bir yol gözləyir. Bu mənada insanın qiyaməti elə ölümü ilə başlayır. Ölüm hər birimizi hər an yaxalaya bilər. Bir saat sonra da, bir həftə sonra da, beş il sonra da. Ona görə də əsas məsələ qiyamətin nə vaxt qopacağında deyil, bizim axirətə hansı tədarüklərlə getməyimizdədir.
O qədər də xoşbəxt deyil
Birisi vəsiyyət edir ki, öləndə onun namazını Rəsulullah qılsın, sonra da ondan qalan xurma bağlarını kasıblar arasında bölsün. Onun bu vəsiyyətini Rəsulullaha çatdırırlar. Rəsulullah mərhumun bu vəsiyyətini yerinə yetirir və bir neçə gündən sonra xurma bağlarını kasıblar arasında bölüşdürməyə gedir. Hər dəfə bir bölgünü bir kasıba verdikcə, o fidanlardan biri “görün mərhum nə xoşbəxt adamdır” deyir. Nəhayət, Rəsulullah “Xeyr, o, sizin dediyiniz qədər də xoşbəxt deyil” - cavabını verir. “O, indi ölüb və bu bağlar da onun iradəsindən çıxıb. Ölümündən sonra bu bağı bağışlamaqdansa, sağlığında bir ağacı bir kasıba bağışlasaydı daha yaxşı olardı”.
ZamanDünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.
Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.
-
08-27-2010, 04:14 PM #2
Re: Qiyamətə nə qədər var?

-
09-08-2010, 12:43 AM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Qiyamətə nə qədər var?
qiyamətin nə vaxt qopacağından xəbərdarsan, əlindən nə gələr ki
hec ne ,eslinde hec ne ,ama belkede insanlari daha cox iyrencliler etmekden qoruyan ele qiyamet gununun qorxusudur .
-
07-04-2011, 07:29 PM #4Junior Member
- Üyelik tarihi
- Jul 2011
- Mesajlar
- 1
Re: Qiyamətə nə qədər var?
)))) Sadece gulmek lazimdir sizlere


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri