Əsas məzmuna keç
5 sonuçtan 1 ile 5 arası

Evin bərəkəti necə azalır

  1. #1
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.431

    Evin bərəkəti necə azalır

    Bir gün Musa əleyhissalam bir kənddə var-dövləti və səxavəti ilə ad çıxarmış bir adama rast gəlir. Həmin şəxs də onu evinə dəvət edir. Oturub şirin söhbət edirlər. Söhbət əsnasında o deyir:

    - Malım-dövlətim başımdan aşır. Özüm çox can atmasam da Allah-Təala var-dövləti başımdan yağdırır. Qorxuram ki, bu nemətlərin şükrünü edə bilməyim. Həm də mal-dövlət o qədər çoxdur ki, bunlarla məşğul olmaqdan qorxuram ibadətə vaxtım çatmaya. Yəni bu var-dövlət mənim Allah-Təalaya olan şükrümü, ibadətimi azalda bilər. Mənə bir məsləhət verin, neyləyim ki, dövlətim getdikcə azalsın?

    Həzrəti Musa deyir:

    - Sən belə elə. Yavan çörəyi əlinə al, küçədə gəzə-gəzə ye.

    Adam Həzrəti Musanın bu təklifini qəbul edir.

    Aradan bir xeyli keçir, yenə həzrəti Musanın yolu həmin kənddən düşür. Gəlib həmin adamı tapır. Vəziyyəti soruşur. Adam nə desə yaxşıdır:

    - Siz mənə məsləhət verib getdiniz. Mən də siz deyən kimi elədim. Amma siz gələnə qədər Allah-Təala mənə birə-beş verirdisə, siz gedəndən sonra birə-on verdi. Sizin məsləhətiniz mənim mal-dövlətimi azaltmadı, daha da artırdı. Həzrəti Musa deyir:

    - Hələ bir göstər görüm, sən necə gəzib, necə yeyirsən?

    Adam gedib bir ətəklik gətirir, onu səliqə ilə boynuna bağlayır, sonra da əlinə çörək alıb yeyə-yeyə gəzməyə başlayır. Ağzının kənarından düşən qırıntılar ətəkliyin içində toplanırdı. Adam əlindəki çörəyini yeyib qurtarandan sonra ətəkliyə tökülmüş qırıntıları da ovcu ilə toplayıb ağzına atır. Bu mənzərəni görən Həzrəti Musa gülümsünür və deyir:

    - Mən o məsləhəti verəndə düşündüm ki, sən gəzə-gəzə çörək yeyəndə qırıntılar sağa-sola dağılar və onunla da sənin evinin bərəkəti azalar. Amma mən hardan düşünəydim ki, sən çörəyin heç tozunu da itkiyə verməyəcəksən. Evinin bərəkəti də elə bunun üçün artır də.

    Düşməni tanıyaq ki, ondan qoruna bilək : şeytan

    Əuzü billahi min əş-şeytan ir-racim (Allahın rəhmətindən uzaqlaşdırılmış və cənnətdən qovulmuş şeytandan Allaha sığınıram) Bismillah ir Rahmən ir Rahim (Rahman və Rahim olan Allah(c.c.)ın adı ilə)

    Əvvəli ötən saylarımızda

    Etdiyin yaxşılığı

    dilə gətir(mə)mək

    Şeytanın etirafları arasında bir məqam diqqəti xüsusilə çəkir. Allah-Təalanın (c.c.) əmri ilə Rəsulullahın hüzuruna gələn lənətlənmiş şeytan çox şeyi boynuna alır, insanları necə aldatdığını, kimləri sevib-kimləri sevmədiyini, insanın hansı əməlinin ona əzab verdiyini, hansı əməlinin də xoşuna gəldiyini etiraf edir. Şeytan təkcə özünün yox, öz övladlarının da əməllərindən danışır. Danışarkən də yalan demir, çünki Allah-Təala (c.c.) onu xəbərdar etmişdi: yalan danışdığı an külə dönəcəkdi. Mütəkazi adlı oğlunun vəzifəsindən danışan şeytan, əslində biz insanlara çox böyük bir həqiqəti xəbər vermiş olur. Şeytan deyir ki, onun oğlu Mütəkazinin vəzifəsi gizli əməlləri üzə çıxarmaqdır. Gizli əməl deyəndə də əsasən xeyir işlərdən, savablardan söhbət gedir. Bildirir ki, əgər bir insan gizli bir savab işləyərsə, Mütəkazi ondan əl çəkməz, elə hey onu dürtmələyər ki, elədiyni açıb desin və nəhayət o gizli əməlin açığa çıxmasına, yayılmasına nail olanda da sevinər. Həmin insan elədiyi yaxşılığı (tutaq ki, ehtiyac sahibinə dəstək olmaq, birini dar vəziyyətdən qurtarmaq, bir başqasının xətalı yollardan çəkinməsinə səbəb olmaq, bir başqasını xeyir işlərə yönəltmək...) gizli tutmağı bacararsa, Allah-Təala (c.c.) ona yüz savab yazar, amma elə ki, şeytana uyub dilə gətirdi, bu dəfə də Allah-Təala (c.c.) o yüz savabdan 99-nu silər.

    Hörmətli oxucu! Bu məqam əslində bu və ya digər dərəcədə bizim əksəriyyətimizi əhatə edir. Bəli, möminin iflas etməsi şeytanın bayramıdır. İflas etməmək üçün etdiyimiz yaxşılıqları dilə gətirməməyə çalışmalıyıq. Bəli, şeytan da, nəfsimiz də bizi körükləyəcək ki, söyləyək, hər kəs bilsin, bizə “afərin” desinlər. Bəs nəticəsi nə olacaq? - Bu haqda düşündünüzmü? İslam əxlaqında etdiyin yaxşılığı başa qaxmaq çox pis əməl kimi dəyərləndirilir. Əgər başa qaxacaqsansa, heç o yaxşılığı etməsən yaxşıdır. Söhbətin bu yerində ixlas məsələsi gündəmə gəlir. İxlas nədir, bilirsinizmi? - Xeyir işi ancaq və ancaq Allahın əmri olduğu üçün edirsən, qarşılığını da Allahdan başqa kimsədən gözləmirsən. İslam əxlaqı o qədər uca, o qədər gözəldir ki, başqa heç bir kodekslər məcmusu ilə müqayisə edilməz. Təsəvvür edirsənmi, birinə yaxşılıq elə və elədiyin yaxşılığı, əgər mümkünsə, onun özündən belə gizlə. Sənin düsturun bu olacaq: Allah-Təala bildimi, gördümü, kifayətdir, başqasının bilməsinə lüzum yoxdur. Bax, bu cür hallarda insan zənginləşir, şeytansa ac qalır. İslam tarixində bunu örnəkləri çox görünüb. Məsələn, İmam Zeynəlabidin (r.a.) gecələr torbalara ərzaq doldurub Mədinə kasıblarının qapısına qoyarmış. Ancaq bu mübarək zat dünyasını dəyişdikdən sonra onun sirri açılıb.

    Sən də bunu özündə təcrübə elə, əziz oxucu! Yaxşılığı elə və heç kimə də söyləmə, qoy gizli qalsın. Əslində Allah-Təalanın (c.c.) bilməsi sənə yetər. Bir xatırla: Həzrəti İbrahim (ə.s.) mancanaqla tonqala atılır və havada süzərkən mələklər yaxınlaşaraq yardım istəyib-istəmədiyini soruşurlar. Cavab nə qədər də möhtəşəm olur: “Hasbinallah, yəni Allah mənə yetər, O məni görür, halımı bilir, O mənə nəyi rəva görsə, mənim üçün də ən xoş olan elə odur. O, mənim üçün nə istəyirsə, mən də Onun istədiyini istəyirəm”. Bu əhvali-ruhiyyəni, bu təslimiyyəti ifadə etməyə söz tapa bilmirsən. Bəli, mömin üçün ən böyük mükafat Allah-Təalanın təqdiridir, rizasıdır, “Mən bu qulumdan razı qaldım” deməsidir. Əgər bu varsa, dünya səni öysə nə, söysə nə?.. Tutaq ki, sən elədiyin yaxşılığı dedin, üç-beş adam da sənə “bərəkallah” söylədilər, amma Allah-Təala məmnun qalmayandan sonra insanların səni öyməsinin, tərifləməsinin nə faydası var ki?! Təcrübə elə, dişini dişinə sıx, danışma, şeytan səni qıcıqlandıracaq, “lənət şeytana” de, “şeytanın şərindən Allaha sığınıram” de və o savab əməlini sirr kimi saxla, söyləmə. Bacaracaqsan, şeytanı ac qoyacaqsan, müflis hala gətirəcəksən! (Davam edəcək)

    Zaman
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Evin bərəkəti necə azalır

    israfçiliq da evde bereketi azaltir.

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Evin bərəkəti necə azalır

    Alıntı fidan494 Nickli Üyeden Alıntı
    israfçiliq da evde bereketi azaltir.
    vay vay menim ishim bitdi.Kartofu soyanda yarisi qabiga cixir.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  4. #4
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Evin bərəkəti necə azalır

    Hər bir görülən haram iş evin bərəkətini qaçirir..

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  5. #5
    Junior Member
    Üyelik tarihi
    Aug 2010
    Mesajlar
    2

    Re: Evin bərəkəti necə azalır

    Emeğine sağlık ALLAH razı olsun ..istifade ettik
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.