![]()
Bu gunku movzularin xususi seçilir Cabir
![]()
3 sonuçtan 1 ile 3 arası
-
08-27-2010, 12:34 PM #1
Hər ləkəni yuyan iksir - Tövbə
Tövbə - insanın xətasını anlaması, peşmançılıq hissi duyması və bir daha o günaha dönməyəcəyi haqda Allah-Təalaya söz verməsidir.
İstiğfar isə - Allaha yalvararaq günahlarının bağışlanmasını diləməkdir. Bu söz Qafur sözü ilə eyni kökdən gəlib. Qafur Allah-Təalanın gözəl adlarından (ésma-Ül-Hüsna) biridir və “günahları çox-çox bağışlayan” deməkdir.
gər bir nəfər “mənim heç bir günahım yoxdur” deyirsə, əmin olun ki, səmimi deyil. Allah qatında günahsız olanlar ancaq peyğəmbərlərdir.
İnsan fitrət etibarilə günaha açıq varlıqdır, yəni günah işləyə bilər. İnsanın insanlığı da elə günah işlədikdən sonra üzə çıxır. Adam var, günahını başa düşən kimi tövbə, istiğfar edir, rahatlığını itirir, gecə-gündüz dua edərək, Allahdan onu bağışlamasını diləyir. Adam da var ki, ağına-bozuna baxmır, nə edir-etsin, özünü haqlı sayır. égər insan günahını etiraf eləmədisə, ürəyində peşmanlıq hissi duymadısa, haqqını tapdaladığı insandan üzr istəyib, halallıq almadısa, Allaha yalvarıb əfv diləmədisə, demək, o, şeytanın yolundadır. Çünki şeytan Allahın əmrindən çıxaraq insana səcdə eləmədi, öz inadında israr etdi, nəticədə Allahın qəzəbinə uğrayıb cənnətdən qovuldu.
Həzrəti-Adəm isə xətasını anlayan kimi tövbə edib Allahdan əfv dilədi və uzun bir ömrü Allah-Təalanın əmrlərinə uyğun yaşayaraq tərk edib gəldiyi cənnətə dönə bildi.
Tövbə - insanın xətasını anlaması, peşmançılıq hissi duyması və bir daha o günaha dönməyəcəyi haqda Allah-Təalaya söz verməsidir.
İstiğfar isə - Allaha yalvararaq günahlarının bağışlanmasını diləməkdir. Bu söz Qafur sözü ilə eyni kökdən gəlib. Qafur Allah-Təalanın gözəl adlarından (ésma-Ül-Hüsna) biridir və “günahları çox-çox bağışlayan” deməkdir.
Peyğəmbərimiz (s.ə.s.) bir hədisi-şəriflərində buyururlar ki, insan bir günah işləyib ardınca da tövbə etməzsə, qəlb aynasına bir qara nöqtə düşür. Tövbə-istiğfar insanın qəlb aynasına düşən o qara ləkələri yuyub təmizləyən ən gözəl iksirdir. égər insan günahlarına görə tövbə eləmirsə, onun qəlb aynası bu qara nöqtələrdən görünməz və göstərməz hala gəlir. Bir alim deyir ki, Allah-Təalanın 65 gözəl adının insanda təcəllisi var. Allah-Təalanın o gözəl adları insanın könül aynasında əks edilərək, başqalarına görünür. Bir halda ki, insanın könül aynası günahlardan törəyən qara nöqtələrdən görünməz hala gəlib, demək, onda Allah-Təalanın o gözəl adlarının heç bir təcəllisini axtarmaq doğru olmaz.
Biz müsəlmanlara əmr olunub ki, əgər bir günah işlədiksə, tövbə edək və ardınca da xoş bir əməl işləyək ki, o günahın ləkələrini yuyub aparsın.
Heç birimiz xətadan, günahdan sığortalanmamışıq. Təsəvvür edin ki, Uca Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) gün ərzində 70 dəfə tövbə-istiğfar etdiyini söyləyir. Onu da xatırladaq ki, Peyğəmbərimizin dövründə və eləcə də ondan əvvəllər ərəblərdə 70 rəqəmi sonsuzluq mənasında işlədilib. Yəni elə anlaşılmasın ki, Peyğəmbərimiz hər gün sayaraq 70 dəfə tövbə edib, xeyr! Təsəvvür edin ki, o, insanların ən üstünü, ən şərəflisidir, Peyğəmbərlərin əşrəfi, seyididir, amma tövbə etdiyini söyləyir. éslində onun heç günahı da yoxdur. Amma bu təvazökarlığı ilə o, bizə yol göstərib, xətadan, bəladan, cəhənnəm əzabından qurtarmağın reseptini verib.
İnsana təşəkkür etməyən, Allaha şükür etməz, insandan üzr istəməyən Allahdan istiğfar diləməz. Allah-Təala görün nə qədər gözəl, nə qədər adildir ki, bizi bir-birimizin haqqını tapdamamağa çağırır və buyurur ki, yanıma qul haqqı ilə, yəni bir-birinizin haqqını tapdayaraq gəlməyin. éslində bu İlahi tərbiyənin çox mühüm əsaslarından biridir: insanı təkəbbürdən uzaqlaşdırır, mənəm-mənəmlikdən qurtarır, sadəliyi, təvazökarlığı təbliğ edir. Tövbə şüuru özü başlı-başına çox mühüm tərbiyə məktəbidir. Nə zamansa xətrinə dəydiyin, ayağını tapdaladığın birisinin qapısına gedirsən və halallıq istəyirsən. élbəttə, bu cür insanların formalaşdırdığı cəmiyyət gözəl olar.
Tövbə edən insan bir daha o günaha dönməyəcəyinə dair Allah-Təalaya söz verməlidir. Peyğəmbərimiz hədisi-şəriflərində buyururlar ki, səmimi şəkildə günahlarından tövbə edən insan yeni doğulmuş uşaq kimi tərtəmiz olur.
Nə qədər günahımız, xətamız olur-olsun, ümidimizi kəsməyək. Tövbə qapısı bizim üçün misilsiz imkan və Allah-Təalanın mərhəmətidir.
Mövlana bu haqda belə yazır:
Gəl, hər kimsən, gəl,
Dinsiz, məcusi, zındıq.
Min yol tövbə edib pozmusansa,
Yenə gəl.
Bizim dərgahımız
ümidsizlər dərgahı deyil.
ZamanDünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.
Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.
-
08-27-2010, 10:07 PM #2Moderator
- Üyelik tarihi
- Dec 2006
- Mesajlar
- 2.721
Re: Hər ləkəni yuyan iksir - Tövbə
-
08-28-2010, 11:59 AM #3
Re: Hər ləkəni yuyan iksir - Tövbə
Ilk novbede movzuya gore tesekkurler. Tovbe bizlere Allah-Teala terefinden buyrulan bir sheydi.Yeni hansisa bir hereketimize ve ya her hansisa bir sozu ishletmeyeceyimize tovbe edib Allaha siginiriqsa Allah-Tealada bizim etdiyimiz tovbeni qebul edib bagishlayar.Chunki ALLAH etdiyimiz tovbeleri qebul edib bagishlayandir.
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?



LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri