Allah rehmet elesin.Rehmete getmekden önce bir intervüsü var idi.Orda bele demişdi: Bir fağır prezident tapmişdiniz .Sağdanda soldan da vururdunuz.Gülmüşdü.Sora men prezident olmadim ha . İndi olacam onda göreceksiniz demişdi. Qismet olmadi.Allah rehmet elesin.
4 sonuçtan 1 ile 4 arası
-
08-21-2010, 10:54 PM #1
Əbülfəz Elçibəy - Ebülfez Elçibey
Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub.
7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (I.1963 - X.1964). Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. "Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında AMEA Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992'ci ilədək).
-
08-26-2010, 02:02 PM #2Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Əbülfəz Elçibəy - Ebülfez Elçibey
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
08-26-2010, 02:31 PM #3Senior Member
- Üyelik tarihi
- Mar 2010
- Mesajlar
- 1.376
Re: Əbülfəz Elçibəy - Ebülfez Elçibey
Allah rəhmət eləsin,amma mənim ona yaziğim gəlirdi,prezident olanda da heç hörmət qoymurdular, ondan..Çox sixişdirdilar yaziği..
Torpaği nurla dolsun..
Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır
-
06-24-2011, 11:27 AM #4
Re: Əbülfəz Elçibəy - Ebülfez Elçibey
Bu gün Əbülfəz Elçibəyin ad günüdür. Allah qəni qəni rəhmət eləsin. Vətənimiz üçün çox işlər gördü.


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri