1 sonuçtan 1 ile 1 arası
-
06-06-2007, 01:51 PM #1Moderator
- Üyelik tarihi
- Feb 2007
- Mesajlar
- 6.163
Plov Bişirərkən...
*Plovu bişirməzdən əvvəl düyünü ilıq suda saxlayın.
*Plov bişirəcəyiniz düyünü bişirərkən düyüləri çox qovurmayın, vitamini itə bilər.
*Plovun dən-dən qalması üçün qazanın içinə 3-4 damcı limon suyu tökün.
*Qovurma əsnasında duzunu atsanız, düyülərin qırılmasının qarşısını alarsınız.
*Plovu bişirərkən temperaturu yüksəkdən başlayıb, yavaş-yavaş azaltsanız, plovunuz daha ləzzətli olar.
*Plovun suyunu əlavə etdikdən sonra qapağı bağlı şəkildə bişirin.
*Bişirərkən plovu qarışdırmayın. Düyülərin içindəki nişasta ortaya çıxa və plovunuzun dən-dən olmasına mane olacaq.
*Əgər plovun suyu qurtarmışdırsa, müəyyən ölçü daxilində isti su əlavə edin.
*Plovun altını söndürdükdən sonra üstünü örtüb, qapağını kip bağlamaqla ən azı 10 dəqiqə dəmə qoyun.
*Qalan plovu saxlamaq üçün üzərinə çini qab çevirərək, qapağı örtün.
*Plovun bişməsinə yaxın bir az holland pendiri və bir az da yağ əlavə etsəniz, daha ləzzətli olar.[
Ya da
[


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri