Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

Məzlumun qanı yerdə qalmaz

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Yer
    RUS
    Mesajlar
    156

    Məzlumun qanı yerdə qalmaz


    Qum şəhərində yaşlı, kasıb bir kişi yaşayırdı. Adına Zahid deyirdilər. Ağilli olduğundan hamı ondan məsləhət alardı. Bir gün bu Zahid səfərə çıxmaq, tanımadığı adamlara da əlindən gələn qədər kömək etmək qərarına gəlir və yola çıxır. Sən demə Zahidin getdiyi yolda quldur dəstəsi pusquda durubmush.Zahidi görcək dərhal onu dövrəyə alırlar. Bütün var-dövlətini taladıqdan sonra onu öldürmək qərarına gəlirlər. Zahid bunu görüb ogrulara yalvarmağa başlayır:
    -Xahiş edirəm, məni öldürməyin. Heç kəsə heç nə demərəm. Buraxın gedim, mənə yazığınız gəlsin.
    Oğrular bir-biri ilə məsləhətləşirlər və sonda onu öldürmək qərarına gəldiklərini ona bildirirlər. Quldurbaşı qılıncını qınından çıxaranda Zahid o tərəf bu tərəfə baxır. İmdadına çatacaq, dadına yetəcək heç kəsin olmadığını görüb başını göyə qaldırır, bu vaxt göydən qaqqıldaşa-qaqqıldaşa bir sürü durnanın uçduğunu görür və durnalara müraciətlə qışqırır:
    -Ey durnalar, mənim günahsız yerə al-qana boyanmış cəsədimin şahidi olun. Mənim qanımı yerdə qoymayın.
    Bunu eşidən quldurlar qəh-qəhə çəkib gülməyə başlayırlar. Quldurbaşı Zahidə deyir:
    -Sənin adın nədi?
    -Zahid.
    -Sən necə zahidsən ki, hələ də quşların söz başa düşməyib, qisas ala bilməyəcəyini bilmirsən. Bu ad sənin şəninə layiq, ağlına müvafiq deyildir. Sən zahid yox, nadansan. Nadan adamın qanı isə halaldı.
    Bunu deyib quldurbaşı qılıncını Zahidin başına endirir.
    Zahidin ölüm xəbəri yaşadığı şəhərə çatır. Əhali yas tutub aglayir. Aylar dolanır, illər keçir. Bir gün Qum şəhərində varlı bir tacir ehsan verib, təm-təraqlı süfrə açır. Zahidi öldürən oğrular da həmin məclisin bir küncündə yeyib-içməklə məşğul olurlar. Bu vaxt oğrulardan biri göydən bir dəstə durnanın səs-küylə ötüb-keçdiyini görür və biixtiyar qəh-qəhə çəkərək yoldaşlarına deyir:
    -Deyəsən durnalar Zahidin qanını almaq üçün düz üstümüzə gəlirlər.
    Tacirin adamlarindan biri bunu eşidərək tacirə xəbər verir. Zahidi onların öldürdüyü məlum olur və quldurları tutub zindana salırlar.

    Heç bir haqsızlıq cavabsız qalmır..


    Fikirlərinizi bildirməyi unutmayın.
    HeYaTiN DoZuLmEz OlMaMaSi UcUn 2 ShEyE aLiShMaQ LaZiMdIr : ZaMaNiN VuRdUgU YaRaLaRa ve iNsAnLaRiN EdAlEtSiZlIyInE...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Məzlumun qanı yerdə qalmaz

    Maraqla oxudum ibrətamiz hekayədir.lec tez haqq yerini tapır.
    [

  3. #3
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: Məzlumun qanı yerdə qalmaz

    çox sagolun,
    kim ne etse eyni yere köçür.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.