7 sonuçtan 1 ile 7 arası
-
05-20-2010, 02:05 AM #1
Psixoloji hekayə
Adamın biri artıq arvadının əvvəlki kimi yaxşı eşitmədiyindən qorxurmuş və arvadının eşitmə cihazına ehtiyac duyduğunu düşünürmüş. Ona necə yaxınlaşması lazım olduğundan əmin deyilmiş. Bu vəziyyəti danışmaq üçün ailə həkiminə zəng etmiş; həkim adamın arvadının nə qədər eşitdiyini anlaya bilməsi üçün sadə bir üsul təklif etmiş:
- Edəcəyin şey bu, yoldaşından 40 addım irəlidə dayan, normal bir danışma tonuyla bir şeylər söylə; əgər eşitməzsə 30 addım irəlisində eyni şeyi təkrarla, sonra 20 addım; cavab alana qədər eyni şeyi təkrarla.
O axşam arvadı mətbəxdə axşam yeməyini hazırlayarkən adam əməliyyatı tətbiq etmiş. 40 addım uzaqlıqdan arvadına normal bir danışma tonuyla səslənmiş:
"Həyatım bu axşam yeməkdə nə var?"
Cavab yox.
Mətbəxə bir az yaxınlaşmış. Məsafəni 30 addıma endirmiş və sualı təkrarlamış:
"Həyatım bu axşam yeməkdə nə var?"
Yenə cavab yox.
Mətbəxə bir az daha yaxınlaşmış, məsafə 20 addım və təkrar soruşmuş:
"Həyatım bu axşam yeməkdə nə var?"
Hələ də cavab yox.
Adam mətbəxin qapısına gəlmiş. Artıq məsafə azalmış və sualı təkrarlamış:
"Həyatım bu axşam yeməkdə nə var?"
Yenə cavab ala bilməmiş.
Bu səfər arvadına tamam yaxınlaşmış və eyni sualı təkrar soruşmuş:
"Həyatım bu axşam yeməkdə nə var?"
"Həyatım beşinci dəfə söyləyirəm, Toyuq"
Hekayənin ana fikiri:
Bəlkə də ümumiyyətlə düşündüyümüz kimi problem daim qarşımızdakı
kəslərdə olmaya bilər.
Problemlərin səbəbini yaxşı analiz etməliyik.[
-
05-20-2010, 02:21 AM #2
Re: Psixoloji hekayə
[
-
05-20-2010, 05:32 AM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: Psixoloji hekayə
Bəlkə də ümumiyyətlə düşündüyümüz kimi problem daim qarşımızdakı
kəslərdə olmaya bilər.
Problemlərin səbəbini yaxşı analiz etməliyik
ela
HaKKım heLaL,Sewqim haRam oLsun
-
05-20-2010, 11:01 PM #4Senior Member
- Üyelik tarihi
- Mar 2010
- Mesajlar
- 1.376
Re: Psixoloji hekayə
Təşəkkür mövzuya görə.
Belə bir misal da çəkmək olar:" Öz gözündə tiri görmür, baçqasinin gözündə odun axtarir."

Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır
-
07-28-2010, 04:05 PM #5Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Psixoloji hekayə
tesekurler cox guldum
cox maraqli geldi .bir daha tesekkurler .
-
07-28-2010, 05:09 PM #6Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 701
Re: Psixoloji hekayə
[
-
07-28-2010, 10:26 PM #7Junior Member
- Üyelik tarihi
- Jul 2010
- Mesajlar
- 1
Re: Psixoloji hekayə
salam coxdandi ureyime xitab ede bilecek hec ne oxumamiwdim muellife hedsiz twk coooooooooooooooox beyendim ureyine ve ellerine sagliq


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri