Allah bizi əməli salehlərdən etsin!Amin...AgLaYaN_BuLuD Nickli Üyeden Alıntı
![]()
5 sonuçtan 1 ile 5 arası
-
05-16-2010, 01:13 PM #1
Behişt və cəhənnəmin qapıları

Behişt və cəhənnəmin qapıları barədə qurani kərimdə bir neçə ayə mövcuddur.
Zümər surəsinin 71 və 73 cü ayəsi də o ayələrdəndir.Allah taala buyurmuşdur: Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və cəhənnəm gözətçiləri onlara deyəcəklər: “Məgər sizə öz içərinizdən Rəbbinizin ayələrini oxuyan, sizi bu gününüzə qovuşacağınızla qorxudan peyğəmbərlər gəlməmişdi?” Onlar isə: “Bəli (gəlmişdi), lakin əzab sözü (əzab hökmü biz) kafirlər barəsində vacib oldu!” – deyə cavab verəcəklər.
(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) təkəbbür göstərənlərin məskəni necə də pisdir!
Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri (onlara): “Salam əleykum! (Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!” – deyəcəklər.
Behişt və cəhənnəmin qapılarının sayına gəldikdə isə quranda yalnız cəhənnəmin yeddi qapılı olması açıqlanmışdır.Behiştin qapısının sayı haqda isə söz açılmamışdır. Allah taala Hicr surəsinin 43 və 44-cü ayələrində buyurmuşdur:Şübhəsiz ki, Cəhənnəm onların hamısına vəd olunmuş (onları gözləyən) yerdir! (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər.
Bu barədə digər bir məsələ də budur ki behişt və cəhənnəmin qapılarının sayının müxtəlifliyi, insanların əməllərinin dərəcələrinə görədir ki yaxşı və pis əməllər müxtəlif dərəcədədirlər.Misal üçün,münafiqlərin cəhənnəmdəki yerlərini Allah taala belə bəyan edir:
(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!
Nisa 145.
Həmçinin behiştə daxil olanlar barədə buyurur:O kəslər ki, Allaha (yalnız Ona ibadət edəcəkləri barədə) verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar.Özlərinin, həmçinin əməlisaleh ataları, övrətləri və övladlarının daxil olacaqları Ədn cənnətləri gözləyir. Mələklər də hər bir qapıdan (cənnət qapılarından) daxil olub (onlara):
“(Dünyada Allah yolunda bütün çətinliklərə) səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir!” – deyəcəklər. Rəd 20-23.
Bəzi quran ayələrinə və hədislərə əsasən o qapıların müxtəlif adları vardır.Peyğəmbər (s) buyurmuşdur:Behiştin qapılarının birinin adı Rəyyandır ki yalnız oruc tutanlar o qapıdan daxil olacaqlar.Başqa qapısının adı Mərufdur ki yaxşı işlər görənlər o qapıdan daxil olarlar.Digər qapısının biri Səbr və başqa qapısının adı Şükrdür.Daha birisinin adı Bəla və digərinin adı Əzəmdir ki pərhizkar insanlara məxsusdur.(Mizanul-hikmət,cild:1,Hədis:2595.
Cəhənnəmin qapılarının adı barədə də İmam Məhəmməd Baqir (ə) buyurmuşdur:
1)Cəhənnəmin üst qapısının adı Cəhimdir.
2)İkinci qapının adı Ləzadır (ki bu təbəqədə bədən və üzün dərisi soyulur).
3)Səqər.
Allah taala buyurur:
Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar;Müddəssir, 40
Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): Müddəssir, 41
“Sizi Səqərə (Cəhənnəmə) salan nədir?” Müddəssir, 42Onlar deyəcəklər:
“Biz namaz qılanlardan deyildik; Müddəssir,43
Yoxsulu da yedirtməzdik; Müddəssir, 44
Batilə dalanlarla birlikdə biz də dalardıq; Müddəssir, 45
Haqq-hesab gününü yalan sayardıq. Müddəssir, 46
Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)”. Müddəssir,47
4)Hütəmə.
Allah taala buyurur:
(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına! Hüməzə, 1O
kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). Hüməzə, 2
Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. Hüməzə,3Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır! Hüməzə, 4
5)Haviyə.
Allah taala buyurur:
Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,Qariə, 8
Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır! Qariə, 9
6)Səir.
7)Cəhənnəm.
Kafir olub ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər! Maidə, 10[
-
05-16-2010, 01:22 PM #2Senior Member
- Üyelik tarihi
- Mar 2010
- Mesajlar
- 1.376
Re: Behişt və cəhənnəmin qapıları

Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır
-
05-16-2010, 03:27 PM #3Senior Member
- Üyelik tarihi
- Mar 2010
- Yer
- Baki
- Mesajlar
- 357
Re: Behişt və cəhənnəmin qapıları
Zaman daralır......
-
05-16-2010, 03:39 PM #4Senior Member
- Üyelik tarihi
- Apr 2010
- Mesajlar
- 128
Re: Behişt və cəhənnəmin qapıları
Hmm.Onsuzda cennet...cehennem..menim u4un ferqi yokdu...Cennetde deyirler sud 4ayi var...mende sudu xowlamiram ona gore istemirem....Cehennemtde bawdan ayaga adrinalinidi...Od...atew....alov... ses-kuy...Qisaca he4 biri menlik deyil..Men ele bu dunyani isteyiremmm....
EAST or WEST HOME is BEST..!!!!!!
-
05-16-2010, 07:35 PM #5Senior Member
- Üyelik tarihi
- Mar 2010
- Mesajlar
- 1.376
Re: Behişt və cəhənnəmin qapıları
Bismillah

Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri