Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Mən beləyəm, dəyişə bilmirəm

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Mən beləyəm, dəyişə bilmirəm

    Dəyişmək və dəyişdirmək...
    İnsan yarandığı gündən kimisə dəyişdirməyə və ya öz xüsusiyyətlərini də düzəltməyə çalışır...
    Bəzən özündə başqalarının bəyənmədiyi xüsusiyyətləri düzəldirsən, bəzən də birini sevirsən lakin onu o xüsusiyyətlərilə sevmənə baxmayaraq dəyişdirməyə çalışırsan...
    Uğurlu və ya uğursuz amma bu yolda bir şey var...
    “Mən beləyəm, dəyişə bilmirəm.”
    İnsanı qıcıqlandıran bu söz... Hər şey insanın öz əlindədir. İnsan iradəsinə güc gəlsə HƏR ŞEY edə bilər...
    Bəs dəyişə bilməmək nə demək?
    Mənim fikrimcə bu hərdən acizlikdən hərdən də iradənin möhkəmliyindən irəli gələ bilər. Hərdən tərsliyin, inadın da əlaməti ola bilər...
    Mən də beləyəm...amma sözün əsl və yaxşı mənasında dəyişib,dəyişdirə bilirəm... Birini dəyişdirməyə çalışmadan öncə əgər o bizim həmən xüsusiyyətimizi dəyişdirməyə çalışsaydı necə olacağını düşünməliyik. Nəticədə qarşımızdakıda insandır...
    Əgər dəyişməyi özü istəmirsə demək bu mümkün olmayacaq... Birini dəyişdirmək istədikdə onun şüuruna yeridin bunu. Daha sonra tətbiq etməyə başlayın...
    Əgər qarşınızdakı birinə və özünüzə yaxşılıq edəcəksinizsə ÇALIŞIN,DƏYİŞİN!!!


    1) Varmı dəyişdirmək istədiyiniz biri? Və ya sizi dəyişdirməyə çalışan biri?
    2) Sizi dəyişdirməyə çalışana “Mən beləyəm, dəyişə bilmirəm.” Dediniz?
    3) “Mən beləyəm, dəyişə bilmirəm.” Ifadəsi nəyin əlamətidir sizcə?
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Mən beləyəm, dəyişə bilmirəm

    Həyatda dəyişməyən insan yoxdur sadəcə düz yola çəkmək üçün yolunu tapmag lazimdir, buna da cooooxluuu səbr dərrakə lazimdir. Ancaq ki tez dəyişən insanlardan çox sözünün üstündə duran, dəyişməyən insanlarin tərəftariyam. Çünki onlarda bir sirr yatir, onu öyrənmək də mənə zövq verir!!!

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.