yaxshi movzudu
8 sonuçtan 1 ile 8 arası
-
05-04-2010, 02:28 PM #1Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Susarsan bəzən...
Susarsan bəzən...Çünki sussan canının yanmadığını düşünərsən,amma susduqca daha çox yandırarsan. Düşünərsən,düşündükcə içinə qapanarsan. Nə yağan qar vecinə olar,nə də ki soyuq sən sadəcə bir boşluğu və bu boşluğun içindəki özünü axtararsan....
Susarsan bəzən...Çünki ağlamaq,ağladıqca ürəyinin boşalmasını istəyərsən. Amma boşalda bilmərsən. Sakitləşdiyini düşünüb daha da o sakitliyə düşərsən. Axtararsan çooox axtararsan amma nəyi tapdığını nəyi itirdiyini bilə bilmərsən...
Susarsan bəzən...Çünki,nə var nə yoxsa danışmaq istəmərsən. İçindəki gizli yaraya baxa-baxa. Yanarsan, üşüyərsən, ölərsən. Kiçik bir ah düşər içinə... Böyüyər böyüyər böyüyər... Böyüdükcə sən min parçaya bölünərsən bəlkə. Amma susarsan. Yenə susarsan.
Susarsan bəzən...Çünki min cümlə düşər içinə min dərd düzülər ürəyinə... Min dərd bir səs etməz. Susarsan yenə... Son gediş kimi heç gəlməmiş kimi heç olmamış kimi "heç" olmuş kimi... Susarsan...
Susarsan bəzən...Çünki boşluq buraxmaq istəyərsən. Canın nə qədər yansada ifadə edə bilmərsən sən onun ürəyində kilidli qalarsan,oda sənin mənliyində. Min kəlimə olsada bir cümlə qurmağı belə bacarmarsan. İçindəkini heçnə bölə bilməz...Susarsan...
Susarsan bəzən...Çünki içindəki yaradan xəbərsizdir hər kəs. Anlaya bilməzlər bəlkə də izah edə bilmərsən. Qaçarsan insanlardan amma yenə özündən qaça bilmərsən... Düşünmək istəmədikcə hər gecə gözlərini yumarkəndə,açarkən də ilk onu düşünərsən... Amma düşünmək istəmərsən. Heçnə olmamış kimi unutmaq istərsən, gördün ki, unuda bilmirsən susarsan...
Susarsan bəzən...Çünki Səni nə qədər incitsədə bağışlayarsan,həmişə keçməyə çalışarsan,o xoşbəxt olsun deyə həmişə gülərsən amma içində qan ağlayarsan...
Onun səhvlərini görməməzlikdən gələrsən,nə qədər acı versə belə yenədə imtina edə bilmərsən... İncitməkdən qorxarsan,istəmərsən canı yansın... Kömür kimi közərsəndə sönərsən. Susarsan...
Yanarsan bəlkə...
Gizlənərsən, gizləyərsən içində açılan yaranı hər kəsdən.
"Sənə acı verən isə" verdiyi acını belə sevərsən...
-
05-04-2010, 04:54 PM #2
Re: Susarsan bəzən...
Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
05-05-2010, 08:14 AM #3Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Susarsan bəzən...
Sağolasan.
Kralica_ Nickli Üyeden Alıntı
-
05-05-2010, 07:44 PM #4Senior Member
- Üyelik tarihi
- Jul 2009
- Mesajlar
- 1.149
Re: Susarsan bəzən...
Tesekkurlerr ...
zeynalov_ Nickli Üyeden Alıntı
Xos geldin yeniden...
-
05-20-2010, 04:34 PM #5Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Dec 2009
- Yer
- Türkiye
- Mesajlar
- 2.269
Re: Susarsan bəzən...
Susarsan bəzən...Çünki sussan canının yanmadığını düşünərsən,amma susduqca daha çox yandırarsan. Düşünərsən,düşündükcə içinə qapanarsan. Nə yağan qar vecinə olar,nə də ki soyuq sən sadəcə bir boşluğu və bu boşluğun içindəki özünü axtararsan....
cox sag ol movzu ucun
HaKKım heLaL,Sewqim haRam oLsun
-
05-22-2010, 10:30 AM #6Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 2.189
Re: Susarsan bəzən...
Tesekkurlerr ...
Xos geldin yeniden[/b][/quote]
Cox Sagol minnetdaram.
-
08-21-2010, 12:23 AM #7Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Susarsan bəzən...
Susarsan bəzən...Çünki içindəki yaradan xəbərsizdir hər kəs. Anlaya bilməzlər bəlkə də izah edə bilmərsən. Qaçarsan insanlardan amma yenə özündən qaça bilmərsən... Düşünmək istəmədikcə hər gecə gözlərini yumarkəndə,açarkən də ilk onu düşünərsən... Amma düşünmək istəmərsən. Heçnə olmamış kimi unutmaq istərsən, gördün ki, unuda bilmirsən susarsan...
TESEKKURLER COX MARAQI GELDI MENE
-
02-20-2013, 07:43 AM #8


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla
Yer imleri