Emin, menim qohumum MOLLAdi haaaa.....![]()
7 sonuçtan 1 ile 7 arası
-
04-20-2010, 03:03 PM #1
Içimdə ölən biri var
Içimdə ölən biri var!
Lütfən mənə su verin! Yuyum bu sevgini, bu istəyi, bu ehtirası, bu duyğunu, bu hissləri. Təmizləyim onu çirkablardan, paxıllardan,ara vuranlardan,inamsızlıqdan. Mənə su verin yuyum bu əbədi dediyimiz, heç bir zaman bir daha var olmayacaq dediyimiz bu sevgini, Yuyum onun sənin üçün ölərəm deyən kəlimələrini, yuyum onun sən mənim MƏNIMSƏN dediyi sözlərini.
Mənə su verin pak edim onu! Tərtəmiz başlasın yeni dunyaya!
Içimdə ölən biri var!
Lütfən mənə ağ kəfən verin! Sarım onu bəyaz kəfənə. Qoruyum onu yeni sevgilərdən, xəyanətlərdən,ayrılıqlardan,Yeni ağ səhifə başlatsın. Hər şey yeni olduğu kimi. Yeni dünyaya gəldiyi kimi.
Olmasın üstündə bir ləkə, bir əl izi, bir iztirab izi.
Içimdə ölən biri var!
Lütfən mənə torpaq verin! Basdırım onu əbədiyyətə... bir daha qalxmasın. Bir daha oyanmasın,canlanmasın…
Bir daha görməsin,duymasın,anlamasın, SEVMƏSIN…
Qalsın torpaqlar altında çürüsün, amma anlasın ki, var olub acı çəkməkdənsə yox olub çürüsün..
Mənə torpaq verin onu ən dərinə gömüm, kimsə onun qəbrini bir daha tapmasın deyə. Kimsə bir daha onu görməsin deyə…
Içimdə ölən biri var!
Lütfən mənə gül verin! Düzüm onun qəbri üstə... güllər qədər ömrü oldu onun. Bir qönçə idi qanadları vardı.Bir gül idi o,ətir saçardı hər gün,hər gecə... yox idi tikanları, rahat idi ona toxunmaq.. amma vermədilər ona lazım olan suyunu,bax o da gül kimi soldu getdi! Töküldü ləçəkləri,töküldü hər bir hissəsi, sevgisi, istəyi…
Içimdə ölən biri var!
Lütfən mənə Molla verin! Çıxarsın gunahlarımızı! Gizlincə əl-ələ verib öpüşməyimizi, qucaqlaşaraq ayın batmasını izləməyimizi... ehtiras dolu baxışlarımızı... daim bir-birimizi arzu etməyimizi. Mənə molla verin… dua etsin bağışlansın günahlarımız, bir-birimizdən başqa kimsəni görməzdik, kimsəni tanımazdıq,.. o dünyanı xatırlamazdım. Sadəcə bizim dünyamızın olduğunu bilirdik.
Mənə molla verin.Onun son duasını oxusun. Onu bir daha görməmək ümidi ilə əbədiyyətə göndərək…
Müəllif Tural[
-
04-24-2010, 12:58 AM #2Senior Member
- Üyelik tarihi
- Feb 2010
- Mesajlar
- 126
Re: Içimdə ölən biri var
-
04-24-2010, 08:50 AM #3Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: Içimdə ölən biri var
icinde birinin ölü olmasi qeder facieli bi şey olmaz.... onu ne su temizler .. ne kefenlie bilersen... ne mezarina gül qoya bilersen ..nede molla gereker....o senin icinde elece qalar..... onu ancaq özünle götüre bilersen mezara....
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
08-25-2010, 01:45 PM #4Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Içimdə ölən biri var
Içimdə ölən biri var!
Lütfən mənə ağ kəfən verin! Sarım onu bəyaz kəfənə. Qoruyum onu yeni sevgilərdən, xəyanətlərdən,ayrılıqlardan,Yeni ağ səhifə başlatsın. Hər şey yeni olduğu kimi. Yeni dünyaya gəldiyi kimi.
Olmasın üstündə bir ləkə, bir əl izi, bir iztirab izi.
tesekkurler
-
08-25-2010, 02:24 PM #5
Re: Içimdə ölən biri var
Emin menim qohumumda murdeshirdi lazim olsa cagir
rihanna Nickli Üyeden Alıntı
Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!
-
08-25-2010, 04:12 PM #6Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Mar 2009
- Mesajlar
- 2.630
Re: Içimdə ölən biri var
siz yaxsisi budur 1 sirket acin , kime molla , kime murdesir lazim olsa size muraciet elesin .
-
08-25-2010, 04:24 PM #7
Re: Içimdə ölən biri var
foruma ne gelib ki shirket acaq ele burda alish verish ederik
Xeyallarim Nickli Üyeden Alıntı
Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!


LinkBack URL
About LinkBacks





Alıntı ile cevapla
Yer imleri