inshallah biz birinci olarig,ermeniler ise ozleri biler.kef elesinler 3 4 5 ci yerlerde.Azerbaycan ireliiiii
![]()
85 sonuçtan 1 ile 10 arası
-
04-08-2010, 11:12 PM #1
Eurovision-2010

“Eurovision-2010” mahnı müsabiqəsi ilə bağlı Rusiya mətbuatında yayılan bukmeyker hesablaması maraqlı nəticə ortaya çıxarıb.
Builki müsabiqənin favoriti sayılan Azərbaycana ən ciddi rəqib ölkə Ermənistan hesab olunur.
Hesablamalara görə, Azərbaycan 23.5%-lik səsvermə ilə birinci yeri tutur. Ermənistan isə 20.5% səsvermə ilə güclü rəqib kimi ikinci yerdədir.
Üçüncü güclü rəqib Ukrayna sayılır. Onun ardınca Türkiyə, sonra Rusiya gəlir.
Ev sahibi Norveç isə bu il favoritlər siyahısına daxil ola bilməyib.
Qeyd edək ki, bu il “Eurovision-2010”da 39 ölkə mübarizə aparacaq.
Müsabiqəsevərlərin fikrincə, bu ilin ən ümidsiz ölkələri Xorvatiya, Sloveniya və Makedoniya hesab olunur.[
-
04-09-2010, 12:51 PM #2Senior Member
- Üyelik tarihi
- Mar 2010
- Mesajlar
- 1.376
Re: Eurovision-2010

Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır
-
04-20-2010, 02:25 AM #3
Re: Eurovision-2010
Səfurə Əlizadə klip çəkilişi zamanı hovuzda boğulurmuş
Gələn ay Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Səfurə Əlizadə ifa edəcəyi “Drip drop” mahnısının klip çəkilişləri zamanı ölüm təhlükəsi ilə üzləşib. APA-nın təmsilçinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, klipin müəyyən səhnələrinin çəkilişi ötən həftə sonu Kiyevdə beş ulduzlu oteldə baş tutub.
Ancaq bu çəkilişlər Səfurə Əlizadəyə baha başa gəlib. Müğənni hovuzda aparılan çəkilişlər zamanı boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Hadisəni şərh edən Səfurə Əlizadə üzə bilmədiyini deyib: “Amma klipdə yer alacaq bir neçə səhnənin çəkilişi üçün hovuzda səkkiz saat qalmalı oldum və qəflətən boğulmaq təhlükəsi ilə rastlaşdım. Bu anı heç zaman unuda bilməyəcəyəm. Şoka düşmüşdüm. Məni təhlükədən qurtardığına görə, bütün yaradıcı heyətimizə minnətdarlıq bildirirəm. Yoxsa həyatımı itirə bilərdim”. Klipin rejissoru Rupert Ueynrayt bu hadisədən sonra Səfurə Əlizadənin ilk sözünün “mən hazıram, bu səhnəni bir daha çəkək” olduğunu bildirib: “Mən çox təəccübləndim, inana bilmirdim ki, Səfurə bu şokdan dərhal sonra çəkilişlərə davam etməyi istədi. Çoxsaylı sənətçilər bu təhlükədən sonra çəkilişdən imtina edərdi, ancaq Səfurə davam etmək istədiyini dedi. Səfurə hələ gəncdir, ancaq güclüdür. Onun uğur qazanacağına əminik”.[
-
04-24-2010, 11:36 PM #4
Re: Eurovision-2010
“Eurovision-2010” müsabiqəsinin iştirakçı siyahısı
1. Azərbaycan – Səfurə Əlizadə

2. Almaniya – Lena (Lena Meyer-Landrut)

3. İsrail – Xarel Skaat

4. Rusiya – Pyotr Naliç

5. Moldova – Olya Tira və “SunStroke Project” qrupu

6. Estoniya – “Malcolm Linkoln” qrupu

7. Slovakiya – Kristina Pelakova

8. Finlandiya – “Kuunkuiskaajat” qrupu – Yohanna və Syuzan

9. Latviya – Aişa

10. Serbiya – Milan Stankoviç

11. Bosniya və Hersoqovina – Vukaşina Brayiç

12. Polşa – Marçin Mroçek

13. Belçika – Tom Days

ARDI VAR...[
-
04-24-2010, 11:59 PM #5
Re: Eurovision-2010
14. Malta – Tea Qarret

15. Albaniya – Yuliana Paşa

16. Yunanıstan – “Yorqos Alkeos və dostları”

17. Portuqaliya – Filipa Azevedo

18. Makedoniya - Qjoko Taneşki

19. Belarus – “Üç üstəgəl bir” qrupu

21. Litva – “InCulto” qrupu

22. Ermənistan – Yeva Rivas
23. Danimarka – Şani vəç Neverqrin dueti

26. Ukrayna – Alyoşa (Olyona Kuçer)

27. Hollandiya – Seyneke

28. Rumıniya – Pol Selinq və Ovi dueti

29. Sloveniya – “Ansambel Roka Zlindra & Kalamari” qrupu

31. Bolqarıstan – Miroslav Kostadinov

32. Kipr – Con Liliqrin və “The Islanders” qrupu

33. Xorvatiya – “Feminnem” qrupu

34. Gürcüstan – Sofiya Nicaradze

35. Türkiyə – “MaNga” qrupu

36. Fransa – Cessi Matador

37. Norveç – Didrik Solli-Tanqen

39. Böyük Britaniya – Coş Dübovi.

Bəzi iştirakçıların şəkli yoxdur.[
-
04-25-2010, 02:50 PM #6Azeri.net Sevdalısı
- Üyelik tarihi
- Oct 2009
- Mesajlar
- 1.955
Re: Eurovision-2010
tsk


-
05-13-2010, 09:34 PM #7
Re: Eurovision-2010
Hazırda Avropa turnesində olan “Eurovision-2010” təmsilçimiz Safura Əlizadə hər olduğu ölkədə zooparkları ziyarət etməyə çalışır.
Müğənninin şəxsi saytına istinadən verilən məlumatına görə, bu dəfə o, Berlin zooparkını ziyarət edib.
Təmsilçimiz Avropanın ən məşhur zooparkı olan “Zoologischer Garten Berlin” də olub, heyvanları əzizləyib.
Qeyd edək ki, zoopark 1844-ci ildə açılıb, 35 hektar ərazisi var. Burada 1500-ə yaxın fərqli heyvan saxlanılır. Onların ümumi sayı 16 minə çatır.
[
-
05-13-2010, 10:44 PM #8
Re: Eurovision-2010
yənə yanımızda çevrəmizdə sürünürlər şərəfsiz milleti
[
-
05-15-2010, 02:28 AM #9
Re: Eurovision-2010
İki həftədən sonra Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci “Eurovision-2010" mahnı müsabiqəsinin Azərbaycan üzrə rəsmi fan-klubu olan “Ogae Azerbajian”nın rəsmi saytı fəaliyyətə başlayıb.
Fan-klubun internet ünvanı [ -dır.
Hal-hazırda yalnız inglis dilində fəaliyyətə başlayan rəsmi sayt yaxın günlərdə Azərbaycan və rus dilində işini davam etdirəcək.
Məlumat üçün bilidirək ki, sayt yüksək səviyyədə hazırlanıb və gözəl üslubda tərtib olunub. Saytın səhifələrində Azərbaycanın tarixi haqqında məlumatları və “Eurovision-2010” xəbərlərini öyrənmək olar. Burada həmçinin təmsilçi Səfurə Əlizadənin mahnılarını dinləmək və fotosessiyasını izləmək mümkündür.[
-
05-15-2010, 02:55 PM #10


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla


Yer imleri