Əsas məzmuna keç
3 sonuçtan 1 ile 3 arası

Əgər Qapına Peyğəmbərimiz (s.a.s) Gəlsə Nə Edərsən?

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Əgər Qapına Peyğəmbərimiz (s.a.s) Gəlsə Nə Edərsən?

    Əgər bir gün qapına yer üzünə indiyə qədər gələnlərin və bundan sonra gələcək insanların ən gözəli olan, istər idarəetmədə, istər mənəviyyat yönündən seçilmiş, ən yüksək mərtəbədə olan insan, Allahın aşiq olduğu bəndə, Allahın dostu olan qul-
    Həzrəti Məhəmməd (s.a.s) gəlsə nə edərsən?

    O dəqiqə qapıya qaçarsan. Göz yaşları içində, üzündə də təbəssüm qapını açarsan "Peyğəmbərimiz bizə qonaq gəlib" deyə...Indiyə qədər gələn ən gözəl qonaq və həyatımızın ən gözəl hissəsi... Bəlkə o gəlmədən öncə onun gəlişinə hazırlaşarsan?
    Tez yataq otağına qaçıb, şkafdakı müğənnilərin kaset və disklərini toplayıb, bir yerə gizlədərsən? Onların yerinə dini kassetlər və disklər qoyarsan. Sonra da divardakı Hollivud ulduzlarının şəkillərinin yerinə "Allah" yazısı olan şəkilləri
    yapışdırarsan. Pəncərənin qırağındakı mənasız romanlar kitablarını və boş-boş şairlərin mənasız kitablarını toplayıb bəlkədə balkondan aşağı atarsan. Onun yerinə dini elmihallar, Quran, dualar kimi gözəl kitablar yığarsan. Peyğəmbərimizin s.as.
    sevməyəcəyi bütün əşyaları toplayıb bir yerdə gizlədərsən.


    Əziz müsəlman qardaşım! Bəlkə O gəlməmişdən öncə biraz saqqalını uzadarsan. Çünki Onun da saqqalı var və saqqal saxlamaq sünnətdir. Bəlkə diş fırçanın yanına bir dənə də misvak qoyasan?



    Əziz müsəlman bacım! Peyğəmbərimizin qabağına açıq saçlarla, dar paltarla, üz-gözündə bir neçə kiloluq bəzək düzəkləmi çıxacaqsan? əgər Peyğəmbərin qabağına belə çıxsan o bəlkə də elə bilər ki- qapını səhv salıb və müsəlman olmayan kimsənin
    evinə gəlib. Bəlkə də gözlərini bağlayıb üzünə belə baxmazdı. Arxasını çevirib başqa bir qapıya gedərdi. Onda halın necə olardı?

    Peyğəmbərimiz gələndə valideynlərinin üstünə qışqıracaq, söyəcəkdinmi? Onlarla bacardığın qədər gözəl rəftar edəcəkdinmi?

    Əgər Peyğəmbərimiz səndən "sabah namazına qalxırsanmı? Məscidə camaat namazlarını qılmağa gedirsənmi? Və hamımızın problemi olan – Gecənin üçdə birində Allahla söhbət edirsənmi?" soruşsa cavabın və olacaq? Yalandan – hər gün sabah namazlarını qılıram, hər gün hər gecə Allahla söhbət edirəm, gecələri namaz qılıram, hər gün namazlarımı
    camaatla qılıram –deyəcəkdinmi?

    Yaxşı, Peyğəmbərlə oturub nə söhbət edəcəksən? Müğənnilərin ən son kliplərindənmi? Ən son Hollivud kinosundanmı? Bəlkə futboldan danışacaqsan? Bəlkə "cim-bom" deyib qışqıracaqsan? Bəlkə internetdə dostunun sənə yolladığı "anekdotu və ya açıq saçıq fotolaramı"göstərəcəksən?

    Səni belə daşürəkli edən nədir? Səni Allahdan döndərən nədir? Sənin önündə 1000 qapı açan və ömrünü bərəkətləndirən Allahdan niyə qaçırsan? Sən bu sözləri Qiyamət günü mütləq xatırlayacaqsan. Şübhəsiz. Ya Allaha şükür edib yaxşıki bu sözlərə uydum və Cənnəti qazandım deyəcəksən ya da ki, Cəhənnəm odunda- heyiflər olsun mənə, niyə bu sözləri eşidəndə qulaqlarımı tutdum, eşitmədim deyəcəksən...

    Allah hamımıza hidayət versin... Amin!!!


    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Əgər Qapına Peyğəmbərimiz (s.a.s) Gəlsə Nə Edərsən?

    Bizim evimizde peygemberden utanilacaq shekiller levazimatlar yoxdu.Amma yene gelmesini isterdim hami kimi,Cunki bizlerin bir peygembere ehtiyacimiz var.Onun sohbetlerine qulag asardim.namazimi saxlamisham,yeqin namaza da bashlardim . Movzuya gore tesekkurler

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Əgər Qapına Peyğəmbərimiz (s.a.s) Gəlsə Nə Edərsən?

    Bu yazıları sadece oxumaqla kifayetlenmemeilyik ne ise ibret goturmeliyik..qusya cox sag ol her zaman dini yazilarinla bizi bilgilendirmisen.ders cixardilasi cox sey var.tesekurler movzuya gore.Allah hamımıza hidayət versin... Amin!!!
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.