Əsas məzmuna keç
2 sonuçtan 1 ile 2 arası

Made in Azerbaijan

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.788

    Made in Azerbaijan

    Bura elə bir məmləkətdir ki, ...burada sərnişinlər avtobusu dayanacaqdan ən azı 10-15 metr aralıda gözləyirlər. Avtobusa minib-düşərkən dayanacaqdan başqa hər yerdən istifadə edirlər. Bəziləri avtobusu dayanacağa 10 metr qalmış, bəziləri də dayanacaqdan 10 metr keçdikdən sonra saxladır. Dayanacaqda avtobus gözləyən insanlara bu məmləkətdə birtəhər baxırlar.

    Bura elə bir məmləkətdir ki, ...burada insanlar həm atəşpərəstliyi tərənnüm edən “Novruz”, həm xristiyanlığı tərənnüm edən “Yeni il”, həm də islamı tərənnüm edən “Ramazan” bayramlarını eyni təmtəraqla qeyd edirlər.

    Bura elə bir məmləkətdir ki,...burada yol hərəkəti qaydalarını pozaraq inzibati xətaya yol verən sürücüləri cəzalandırmaq üçün onları cinayət əməli törətməyə məcbur edirlər. Çünki bu məmləkətdə rüşvət vermək də, almaq da cinayət əməli hesab olunur.

    Bura elə bir məmləkətdir ki, ...burada qəbiristan “mollalarının” əksəriyyəti “Yasin” oxuya bilmir.

    Bura elə bir məmləkətdir ki, ...burada Tibb Universitetində oxuyan tələbə neyrocərrahiyyə dərsindən “3” alsın deyə müəllimə pul təklif edir. Bu məmləkətdə universitetlərə oxumaq üçün deyil, diplom almaq üçün gedən tələbələr var. Oğlan tələbələrin bir hissəsini isə heç diplom da maraqlandırmır. Onlar universitetlərə əsgərlikdən yayınmaq üçün gedirlər. Başqa ölkələrdə müəllimə yaxşı təhsil almaq üçün pul verirlər. Burada isə təhsil almamaq üçün rüşvət verirlər.

    Bura elə bir məmləkətdir ki, ...burada öz istəyi ilə işdən çıxan məmurları bir əlin barmaqları ilə də saymaq mümkündür.

    Bura elə bir məmləkətdir ki, ...burada qadın sərnişinlər avtobusun araxa oturacağında oturmurlar. Arxa oturacaqda oturan kişilər öz yerlərini qadınlara heç vaxt təklif etməzlər. Avtobusun ön sıralarında tanış olmasalar belə, kişilərlə qadınlar çox rahatlıqla yan-yana otura bilirlər. Amma qadınla kişi bir-birini tanımırlarsa, arxa sırada heç vaxt yan-yana oturmazlar. Bu məmləkətdə avtobusun arxa oturacağında oturan qadınlara da birtəhər baxırlar.

    Bura elə bir məmləkətdir ki, ...burada insanlar Ramazan və Məhərrəm aylarında toy etməyi, ailə qurmağı “haram” hesab edirlər. Bu məmləkətdə bir çox insan var ki, içki içmək üçün səbirsizliklə Ramazan və Məhərrəm aylarının başa çatmasını gözləyir. Burada insanlar içki içə-içə Allaha dua edirlər. Allahdan can sağlığı istəmək içki məclislərinin vazkeçilməz ünsürlərindən biri hesab olunur.

    Bura elə bir məmləkətdir ki, ...burada insanlar telefonlarının sayını mobil operatorların sayına mütənasib olaraq artırırlar. Ölkədə yeni mobil operator fəaliyyətə başlayan kimi, insanlar dərhal yeni sim-kart və telefon alırlar. İnsanların böyük əksəriyyəti eyni zamanda iki, bəzəndə üç mobil operatorun xidmətindən istifadə edirlər.

    Bura elə bir məmləkətdir ki, ...burada insanlar tarixi qəhrəmanları kitablardan deyil, filimlərdən öyrənirlər. İnsanların əksəriyyəti qılınc qəhrəmanları haqqında çox şey bilirlər. Amma “Sıyrılmış qılınc”ın nə olduğunu bilmirlər.

    Bura elə bir məmləkətdir ki, .... burada Nəsimiyə kafir deyənlərin əksəriyyəti heç onun adını belə bilmirlər.

    Bura elə bir məmləkətdir ki, ...burada dinindən, dilindən, irqindən, əməlindən asılı olmayaraq bütün insanlara öldükləri zaman “rəhmətə getdi” deyirlər.

    Bura elə bir məmləkətdir ki, ...burada insanların əksəriyyəti kolbasanı haram hesab edib onu yemirlər. Amma həmin insanlar gözlərini belə qırpmadan pirat disklərdəki filimləri rahatlıqla izləyə bilirlər.

    Bura elə bir məmləkətdir ki, ... burada haram anlayışı ancaq mədə ilə məhdudlaşır.

    Dünyada bu cür məmləkətlər çoxdur. Yəni yuxarıda sadaladığım faktların altında “Made in ...” markası yapışdırmaq lazım olarsa, onda nöqtələrin yerinə özünüz uyğun bildiyiniz ölkənin adını yazın. Seçim sizindir. Allahverdi Cəfərov Zaman

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Made in Azerbaijan

    aci ama gercek
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.