Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Yaşat məni...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Yaşat məni...

    Nəyi düşünürsən,de nəyi indi?
    Axı, bu sevgidə günahkar kimdi?
    Mənəmsə,cəzamı çəkmişəm daha,
    O köhnə xatirəm susmadı, dindi.
    İndi tək qalmışam məni təkləmə
    İtirib sevinci, qəm aldım baha.
    Bütün günahları mənə yükləmə
    Onsuz da bu dünyada
    neçə-neçə səbəbsiz,
    günahını duymadan
    min bir əzab çəkən var.
    Dərd əlindən qəddini,
    cavan ikən bükən var.
    Vədəsiz bu həyatla,vidalaşıb köçən var
    İndi gəl açıq danış, axı kimdi günahkar.
    Yaxşı, mənəm səninçün bağışlanmaz
    günahlı, suçlu, sevgisiz insan.
    Onda qaytar bir zaman
    səni mələk sandığım,
    Eşqinə inandığım, sənə əmanət kimi
    verdiyim səadəti, o eşqi, məhəbbəti
    Qaytar sonsuz, tükənməz ümüdlü arzuları.
    Öz eşqindən dönməyən əyilməyən vüqarı.
    Qaytar mənim gözümdə hələ də heç solmayan
    ətirli,gül-çiçəkli ilk yazı, ilk baharı.
    Qaytar mənim o çılğın, coşqulu gəncliyimi
    BU həyatla çarpışan, vuruşan sərtliyimi
    Qaytar mənim mən adlı səndəki mənliyimi
    Qaytar sənlə yaşanan firəvan dincliyimi
    Qaytar fani dünyada , səni səndən ziyada
    sevən ürəyi qaytar.
    Qaytar o Ulu Tanrı insana bəxş etdiyi
    o müqəddəs duyuğumu
    sevgi adlı pərimi
    nazlı mələyi qaytar.
    Yox, qaytar bilməsən
    Onda məni dinlə,sən
    Ya gözümə görünmə
    uğrama yollarıma.
    Hey sürünə-sürünə gələn xəyallarıma
    Sevmirsənsə,qəlbindən
    biryolluq boşalt məni.
    Mən sənin ürəyində
    bir qara ləkəyəmsə,
    razıyam, sil at məni.
    Ya da unut hər seyi,
    gec də olsa qayıt gəl
    Sənsiz qalan ömrümə.
    Mübarək qədəminlə,Qayıt!
    Qayıt,yenə gəl!
    Sən əbədi mənə gəl
    Olaq bir mən,bir də sən,
    Sevərək yaşat məni!
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.