Gərək biləsən...
Könül qırma ey insan,
Özün yaxşı bilirsən,
Könül incidənləri
Ömür sevməz, görürsən.
Göz yaşı gətirmə ki,
Səndə bulud olarsan.
Dolub-boşalıb sonda,
Yağış kimi yağarsan.
Ucuz tutma dostunu,
Bil ki qiymətlidir o.
Əymə insan övladın,
Sənin gərəyindi o.
Üzünə gülməz heç vaxt,
İncitdiyin insanlar.
Pislik elə sənindir,
Özün üçün gəl apar.
Uzaq durma eşqindən,
Yad əllərdə solarsan.
Sevdana dönük ikən,
Ürəklərdən qoparsan.
Unutsan yaxşılığı,
Gözün kor olar sonda.
Bil ki heçdi ömür də,
Unudub yaşamaq da.
Sən gülərüz ol yetər,
Nə çıxacaq acıdan.
Zülməti kimsə sevməz,
İşıq istə sabahdan.
3 sonuçtan 1 ile 3 arası
-
02-18-2010, 03:45 PM #1Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
yaşaya bilsən --
Yaşaya bilirsən...
Yaşaya bilirsən sevgisiz ömür,
Könülsüz, yanında bir həmdəm ilə.
Xoşbəxtsən?! Bu sənə belə görünür,
Görmürsən özünü yad gözlərilə.
Necə bağlanmısan sevgisiz cana,
Ürəksiz bağlılıq kimə gərəkdir?
Bu kimə acıqdır? Bilirəm ona...
Ömürlük cəzadı, o da səndəndir.
Açılsa bir sabah gizli arzular,
Nə üzlə baxacaq gözlərin ona.
Bəlkə də tapırsan sirli yalanlar..
Səndə “fərasət” var sevinək buna?
Bacara bilirsən sən yaşayaraq,
Günahlar içində xoşbəxt gülürsən.
Günəşsiz, işıqsız nur sayrışaraq,
Guya sevinirsən, guya sevirsən
Guya bəxtəvərsən, belə xoşbəxtsən.Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
02-18-2010, 03:47 PM #2Moderlər
- Üyelik tarihi
- May 2009
- Mesajlar
- 2.892
Re: yaşaya bilsən --
Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür
-
02-18-2010, 04:21 PM #3
Re: yaşaya bilsən --
Uzaq durma eşqindən,
Yad əllərdə solarsan.
Sevdana dönük ikən,
Ürəklərdən qoparsan.
en sevdiyim bend bu oldu çox sağol


LinkBack URL
About LinkBacks



Alıntı ile cevapla

Yer imleri