Röyasında abdəst aldığını görən adam, ümumi yozumlara görə, muradına yetişər. belə bir yuxu görən Allah adamı kimi qəbul edilir. Şərqin yuxu yozucuları çeşidli durumlara görə, abdəst ilə bağlı röyaları bu şəkildə yozmuşlar:

Abdəst namaz üçün alınmışsa – müqəddəs və mənəvi anlamda bir yaxşılığa işarədir.
Abdəst tamamlanmaq üçünsə: arzu edilən bir işin olacağı deməkdir.
Abdəst hamamda, yaxud təzə tikilmiş bir evdə alınmışsa düşmənlərdən, yağı xislətli rəqiblərdən, pisliklərdən qurtulacağınıza işarədir.
Abdəst təmiz su ilə alınmışa – böyük bir borc qısa müddət ərzində ödənəcəkdir.
Abdəst dəniz kənarında alınırsa – bir xəstəliyin yaxşılaşacağını, sərvətə qovuşulacağını göstərir.
Abdəstli olduğu halda ikinci dəfə abdəst alınırsa – şan və şərəfin, sayğı və etimadın artacağı deməkdir.
Abdəstsiz namaz qılınırsa – sənətkarsa-emalatxana, tacirsə-sərmayə sahibi olacağına yozulur.