Sayfa 1/2 12 SonSon
12 sonuçtan 1 ile 10 arası

Biraz gulun.

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Biraz gulun.

    1. Bir qabrovolu dostuna deyir:
    -Atam dəli olub, bütün var-dövlət qalıb mənə.
    -Yəqin ki, atanın borclarını sən ödəyəcəksən?
    -Sən məni düz başa düşmədin, dəli olan atamdır, mən yox...

    2. Qoyun-keçi otaran yüz yaşlı qocanın yanına intervyü almağa gələn müxbir soruşur:
    -Baba, əvvəla, de görək sən keçi südünü çox sevirsən, ya qoyun südünü?
    Qoca isə gülümsəyərək belə cavab verir:
    -Hansı ucuzdursa onu...

    3. Üç dost restorana getmişdi, ikisi əllərini yumağa gedəndə, üçüncüsü menyunu götürüb bahalı yeməklərin adını pozmağa başlayır. Afisant onun niyə belə etdiyini soruşanda, o, belə cavab verir:
    -Axı yeməklərin pulunu mən verəcəyəm...

    4. Ata oğlundan soruşur:
    -Riyaziyyat müəllimi xoşuna gəlir?
    -Oğul cavab verir, yox.
    -Atası soruşur nə üçün?
    -Oğlu deyir: Çünki yalançıdır. Dünən deyirdi, dördün üstünə beş gəlsən, olar doqquz, bu gün isə deyir ki, üçün üstünə altı gəlirsən eləyir doqquz...

    5. -Əzizim, sən dünyada hamıdan gözəlsən.
    -Doğru deyirsən? Dünən sənin dostun Orxan da mənə belə deyirdi.
    -Sən ona inanma, o, yalançıdır...

    6. Hakim müttəhimə müraciət edir:
    -Danış görək maşını necə oğurladın?
    -Mən onu oğurlamamışam, qəbristanın qapısında gördüm, elə bildim sahibi ölüb...

    7. Birisi otaq tutmaq istəyir. Uzun-uzadı sahibi tavanından su axan, divarları da rütubətdən ləkə-ləkə olan otağı kirayə vermək istədiyi adama göstərir. Otağa baxan, ev sahibindən soruşur:
    -Görünür tavandan həmişə su axır?!
    -Yox, canım! Həmişə niyə? Yağış yağandan-yağana!

    8. Oğul ataya deyir:
    - Ata alkaş nədir?
    Ata cavab verir.
    - Bax oğlum ordakı 2 ağacı 4 dənə görən alkaşdır.
    Ogul deyir.
    - Ata !!! Axı orda 1 dənə ağac var...

    9. Nənə nəvəsinə deyir:
    -Balam, bu gecə yenə yuxuda uçurdum...
    Nəvə:
    -Ay nənə, neçə dəfə demişəm ki, sənin dərmanların o biri qutudadır...

    10. Bir gün iki deli olur. Bunlar çay içmək istəyirlər amma bir qəndləri olur. Dəlilər sözdəşirlər ki gəl qəndi göydən asaq ona baxıb çayi içək. Bunlar belə edirlər lakin dəlinin biri gözünü qənddən çəkmir, o biri dəli də deyir:
    -Mən oynamıram səninki şirin çay oldu...
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Biraz gulun.

    Hakim şahiddən soruşur :
    -Deməli siz caninin qaynananızı boğduğunu görmüsünüz...
    - Bəli...
    - Bəs onda niyə köməyə getməmisiniz ?
    - Əvvəlcə istədim, ancaq sonra gördüm ki cani özü öhdəsindən gəlir...

    Ər-arvad qorxulu film izləyirlər..Ekranda monstr peyda olur..
    Qadın qorxudan qışqırır:
    - Ay ana..!!
    Ər :
    - Qaynanam ?! Hə, doğurdan oxşayır..

    Vəkil müştərisinə teleqram yollayır : "Bu gecə qaynananız rəhmətə gedib. Nə sifariş etməmizi istərdiniz : dəfn mərasimi, kremasiya yoxsa balzamlaşdırma??"
    Müştərinin cavab teleqramı: "3ünü də sifariş edin. Risk etmək istəmirəm.."

    Bir kişi təngnəfəs qonşusunun yanına qaçıb qışqırır:
    - Çox xahiş edirəm mənə 5 vedrə su ver..
    Qonşu :
    - Axı sənin həyətində su quyusu var...
    - Hə, düzdü..Ancaq başa düşürsən, ora elə indicə qaynanam yıxıldı, ama tərslikdən su boğazınacan çatır..

    Sual : Qarışıq hisslər nədir ?
    Cavab : Təsəvvür elə ki qaynanan sənin maşınında uçurumdan yuvarlanır...

    Əzizim, mənim "Ömrü necə uzatmalı" adlı kitabım hardadır?
    Yandırdım onu..Anan oxumaq istəyirdi...
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Biraz gulun.

    Molla bir gun sohbet esnasinda arvadina deyir :
    - Arvad, bu dunyamiz hec, amma o dunyada kef eleyeceyik.
    Arvad sorusur :
    - Niye ?
    Molla deyir :
    - Cunki ikimiz de cennete gedeceyik.
    Arvad sorusur :
    - Neden bilirsen ki cennete gedeceyik ?
    Molla deyir :
    - Neden bileceyem ? Bu sir-sifet ki, seninle mende var, sen her gun mene baxib sebr eleyirsen, men de her gun sene baxib sebr eleyirem. Sebr eleyenin de ki, yeri cennetdir
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Biraz gulun.

    Bir kisi cox icir dehset cox icen olur arvadi deyirki birde icsen sen eve gelsen qapi acmiyacam. kisi bir gunde berk icir gelir qapini doyur arvadi deyirki kimdi? kisi deyir menem. arvadi deyirki sene demisdim axi birde icsen qapini acmiyacam. kisi bilmir ne behaneynen eve girsin deyirki ay qeseng qiz senin ucun gozel gul almisam ac qapini verim. arvad gul sozunu esidib heveslenir acir qapini. acir gorur kisinin elinde gul yoxdu deyir bes hani gul? kiside deyirki bes hani qeseng qiz?

    Bir nefer qarpizla bal yeyirmis bunu goren hekim dostu deyir:
    -qardas qarpizla bal tutmaz xestelenersen.
    dost:
    -hec ne olmaz.
    Bir az sonra hekim esidir ki, dostu berk xestelenib.Gelir yanina ve deyir:
    -Mene sene demedim qarpizla bal tutmaz?
    Dost:
    -Ele deyil, eger onlar tutmasa idi el-ele verib meni bu gune salmazdilar

    Iki bit yol ile gedir biri o,birine deyir ki,kimin basindan gelirsen?O biri bit deyir Mehemmedin basindan gelirem.O biri bit deyir axi Mehemmedin basi keceldir.O biri bit deyir getmisdim surusmeye.

    Bir gun bir kisi gedir delleye sacini vurdurmaga.Vurdurub qurtarandan sonra usta bunun bashina tupurur.Kishi deyir ne edirsen bashima niye tupurursen,usta deyir bashina yox gorduyum ishe tupururem.

    Bir gün arvad türmədə yatan ogluna məktub yazır:-Oğlum sən içəri girəndən bəri heç kim işlərimi görmür, bostanda işləyən yoxdur, kartofu əkə bilmirəm..
    Oğul cavabında yazırki, Ana nə badə həyətdəki bostanı qazasan, həm özüvü bədbəxt edərsən,həm də məni..
    Bu söhbətin üstündən bir müddət keçir, anası yenidən məktub yazır:- Oğul sənin məktubundan sonra bir "tolpa" polis gəldi həyəti qazıb getdi,amma heç nə tapa bilməyib söyə-söyə getdilər...
    Oğluda cavab yazırki Ana həyəti mən qazdırdım Kartofu isə özün ək!!!I-))))

    Xestexanada bir arvaddan sorushurlar ki, sag qulagin nece yanib?
    Arvad deyir:"Birden telefon zeng eledi, cashib utunu qoydum qulagima."
    Hekim sorushur sol qulagin nece yanib?
    Arvad deyir:"Ambulansa zeng eleyende yandi....

    Bir kishi oz meshuqu gilde eysh-ishretle meshqul imish.Birden qapi doyulur. Qadin kishiye tecili gizlenmeyi tovsiyye edir. Kishi ne qeder chalishirsa ne yataqin altina gire bilmir? ne de shkafda gizlene bilmir...Artiq ev qapisinin achilmasini gorende pencereden atilmaqdan bashqa chare gormur ve eline butun elbisesini goturerek ashaqi tullanir.
    Havada olarken yadina dushur ki, o , 10-cu mertebede imish.Ucha-ucha bashlayir fikirleshmeye :
    "Men ne vicdansiz alchaq insan imishem, evde arvad-ushaq gozleyir, men ise bashqa qadinin yaninda kef chekirdim..ele eceb olur mene...indi yere chaxilib olerem...amma...saq qalsaydim bir de bele qelet elemezdim.."
    Sen deme binanin heyetinde yuk mashini ve arxasinda boyuk saman tayasi var imish...Kishi ucharaq hemen tayanin uzerine dushur ve salamat qalir.Tayanin ichinden chixaraq ustunu temizleyen kishi bashini goye qaldirara deyir :
    "E bu goyde uchanda, adamin aglina ne pis fikirler gelirmish"
    :-)

    Bir kisi lotoreyada pul udur.Dostu ondan sorusur ki,arvadin esidende ne etdi ?o biri cavab verer ki,ureyi getdi.Dostu deyir;ay ne yaxsi bir gunde 2 xosbetxtcili

    Bir caduger dunyada her seyi bacarir.
    Birce qarisqani fil elemeyi bilmir. Hara gedir, ne edirse mumkun olmur.
    Axirda ona meslehet gorurler ki, getsin Azerbaycanda polis bolmesine. Orada her sey eliyirler.
    Ne ise. Caduger gelir Azerbaycana, girir polis bolmesine ve reise deyir ki, bes veziyyet beledi.
    "qarishqani fil elemek laimdi, bacarmiram." Reis deyir: "qarishqani qoy bura,
    sabah gelib tehvil alarsan." Caduger gedir, seherisi gun gelir reisin yanina.
    Reis gosterish verir ki, oradaki spicka qutusunu versinler.
    Caduger spicka qutusun alir ve sorusur: "Reis, bes fil hani?".
    Reis: "qutunun icinde.". Caduger: "Reis, mezelenirsen?" Reis:
    "Ac ozun bax". Caduger spickani acir, ne gorse yaxshidi. Qarishqa:
    "Vurmayin, vurmayin, filem, fil, fil."

    Bir nefer ölür. O biri dünyada görür böyük bir ekran var. Ekranda Cennet ve Cehennemle bağlı melumatlar verilir. Kişi baxır ki, Cennetde bir o qeder yox amma cehennemde çoxlu qız var. İstirahet üçün münbit şerait mövcuddur. Deyir men gedirem Cehenneme. Bunu yola salırlar. Kişi bura çatan kimi inkir - minkir salır bunu tepiyin altına. Neyi var bunu döyürler, sonra başlayırlar yandırmağa. Kişi deyir axı ekranda başqa şey gösterirler. İnkir Minkir deyir ki. ay Kişi Cehennemin adı pisdi. Heç kim bura gelmek istemirş Biz de qalmışıq işsiz. Senin gördüyün ise CEHENNEMİN REKLAMI OLUB )))

    Bir gun M Elekber Sabir deyir gedim gorum meni bawqa yerlerde taniyirlar belelikle o gelir bawqa bir rayona ve rayona girecekde ilk qapini doyur...
    Ev yiyeside narkaman olur o da hazirlawirki iynesini vursun bu zaman qapi doyulur narkaman qorxuya duwur ve deyir kimdi M. E. Sabir deyir sizi narahat ededn Mirze Elekber Sabirdi. narkaman esebi halda ale üchinizde ucun qapidan))

    Bir gun bir qadinin ureyi infakt olur. Xestexanada yatanda kliniki olum kecirdir. Yuxusuna Ezrail gelib deyir ki senin olmeyine hele cox var. bundan sonra 50 ilde yasayacaqsan. Qadin ayilib derhal gedib ozune plastik emeliyyat edib ozunu daha da gozellesdirir. 2 gunden sonra mashin vurur olur. O biri dunyada Ezrail gorur deyir bes sen mene bashqa soz demishdin. Ezrail- aaaaaa sensen ?? sen ol tanimadime ))))))

    Bir gün iki uşaq anasından soruşur ana biz necə dünyaya gəmişik.Anası deyir: Sizi quşlar gətirib.
    Uşağın biri o birisinə:
    -Anaya deyək, yoxsa elə həmişə belə əfəl qalsın?

    BIR MUGENNI CHIXIR SEHNEYE VE BASHLAYIR OXUMAGA.OXUMAGINI BITIRDIKDEN SONRA ZALDA EYLESHEN TAMASHACHILARDAN SES GELIR KI,BIRDE OXU BIRDE.MUGENNI FIKIRLESHIR KI BELKE ONUN OXUMAGI TAMASHACHILARIN XOSHUNA GELIB.O BIRDE OXUMAGA BASHLAYIR.OXUMAGINI SONA YETIRDIKDEN SONRA TAMASHICHILAR YENEDE BIRDE OXU BIRDE.BU BIR NECHE DEFE TEKRARLANIR.SONDA MUGENNI BOGAZA GELIR VE DEYIR.CAMAAT MEN SIZI BASHA DUSHUREM OXUMAGIM XOSHUNUZA GELIR.AMMA MEN NE VAXTA KIMI OXUYACAM.TAMASHACHILAR GAYIDIR KI,ALA OYRENENE KIMI....))

    BIR gun delinin biri eve mektub yazir:salam ata ,ana burda her sey yaxshidi bizim ucun hovuz da tikibler her gun girib kelle vururug ozde mudirimiz deyib ki ozvuzu yaxshi aparsoz hele su da tokecem.!!!

    Haci dayi oglunun rus dili bilmemesinden narahat olur. Ve onu rus dili oyrenmeye Moskvaya gonderir.
    1-2 il kecdikden sonra Haci dayi oglunun nece rus dili oyrendiyini bilmek ucun Moskvaya gelir. Haci dayi qapini doyur.
    Haci dayinin oglu:
    HA INDI KTO TAM ?
    Bir gün bir nəfər Hacı Dayıya yaxınlaşır və deyir:
    -Sən rus dilini bilirsən ?
    Hacı Dayı:
    -Əlbəttə.
    Kişi:
    -O qabağımızda ki, uşağa necə deyərsən gəl bura ?
    Hacı Dayı:
    -Иди сюда.
    Uşaq gəlir.
    Kişi:
    -Bəs nece deyersen get ?
    Hacı Dayı çox fikirləşir cavab tapa bilmir, və cavab verir...
    -Gedib ordan deyərəm иди сюда.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  5. #5
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Biraz gulun.

    Üç dost restorana getmişdi, ikisi əllərini yumağa gedəndə, üçüncüsü menyunu götürüb bahalı yeməklərin adını pozmağa başlayır. Afisant onun niyə belə etdiyini soruşanda, o, belə cavab verir:
    -Axı yeməklərin pulunu mən verəcəyəm...

    Ata oğlundan soruşur:
    -Riyaziyyat müəllimi xoşuna gəlir?
    -Oğul cavab verir, yox.
    -Atası soruşur nə üçün?
    -Oğlu deyir: Çünki yalançıdır. Dünən deyirdi, dördün üstünə beş gəlsən, olar doqquz, bu gün isə deyir ki, üçün üstünə altı gəlirsən eləyir doqquz...

    Əzizim, sən dünyada hamıdan gözəlsən.
    -Doğru deyirsən? Dünən sənin dostun Orxan da mənə belə deyirdi.
    -Sən ona inanma, o, yalançıdır...

    Oğul ataya deyir:
    - Ata alkaş nədir?
    Ata cavab verir.
    - Bax oğlum ordakı 2 ağacı 4 dənə görən alkaşdır.
    Ogul deyir.
    - Ata !!! Axı orda 1 dənə ağac var...

    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Biraz gulun.

    [

  7. #7
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Biraz gulun.

    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  8. #8
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Biraz gulun.

    85 yaşlı bir qoca kişi 80 yaşlı qoca arvadına deyir:Gəl cavanlığımızı yada salıb ilk dəfə tanış olduğumuz yerdə görüşək. Qoca arvadını bir müddət gözləyir, amma arvadı gəlmədiyindən evə qayıdır və arvadından soruşur niyə gelmədin? Arvad da deyir: atam buraxmadı.
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  9. #9
    Senior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    500

    Re: Biraz gulun.

    Alıntı Kralica_ Nickli Üyeden Alıntı
    85 yaşlı bir qoca kişi 80 yaşlı qoca arvadına deyir:Gəl cavanlığımızı yada salıb ilk dəfə tanış olduğumuz yerdə görüşək. Qoca arvadını bir müddət gözləyir, amma arvadı gəlmədiyindən evə qayıdır və arvadından soruşur niyə gelmədin? Arvad da deyir: atam buraxmadı.
    pahoo

  10. #10
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Biraz gulun.

    hamisi superdi

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.