5 sonuçtan 1 ile 5 arası

Bəhlul Danəndə

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Bəhlul Danəndə

    SATIRAM

    Bir padşah öz vәziri ilә sәyahәtә çıxmışdı. Az getdilәr, çox getdilәr, gәlib bir yerə çıxdılar. Gördülәr Bәhlul Danәndә yolun qırağında oturub, qabağına da uç topa torpaq toplayıbdı.
    Vәzir soruşdu:
    - Bәhlul, bu torpağı nə üçün toplamısan?
    Bəhlul cavab verdi:
    - Bu torpaqları satıram.
    Vәzir mәәttәl qaldı, özü-özünә dedi: düz-dünya hamısı torpaqdı, görәsәn Bәhlul bu torpağı nә üçün satır.
    Ondan soruşdu:
    - Bu torpağın hәr topunu neçәyә verirsən?
    Bәhlul dedi:
    - On tümәnә.
    Vəzir fİkirlәşdi: torpağın bir topunu alacağam, görək nə olur.
    Vәzir on tümәn verib, torpağın bir topunu aldı.
    Bәhlul torpağı ona verәndә dedi:
    - Apar bu torpağı varlı, zalım adamlara e'tibar edәnin başına tök.
    Vәzir mәәttәl qalıb öz-özünә dedi: ikinci topu da alacağam, görәk onda nә deyəcәk.
    Vәzir on tümәn verib, ikinci topu da aldı. Bәhlul dedi:
    - Apar, nanəcibdən borc pul alanın başına tök.
    Vәzir yenә bir şey başa düşmәdi, üçüncü top torpağı da aldı. Bәhlul dedi:
    - Apar, hәr yetәnә e'tibar elәyib sirr verәnin başına tök.
    Vəzir bu sözlәri sınamaq üçün evlәrinә gəlib arvadına dedi:
    - Arvad, padşahın bir bәslәmə qoçu var, onu oğurlayacağam. Heç kәsә demәzsәn ha!
    Arvad and-aman elәyib dedi:
    - Yaxşı eləyәcәksən. Mәnim ağzımdan söz çıxmaz.
    Vәzir gecә padşahın qoçunu oğurlayıb evinә gәtirdi. Padşah çox axtardı, qoçu tapmadı, hәr yerә soraq saldı. Vəzir də gecә qoçu arvadından gizlin başqa yerә apardı, bir şaqqa әt alıb evinә gәtirdi. Bişirib arvadı ilә yedi. Vәzir bir nanəcib varlıdan da yüz tümən borc pul aldı. Bir gün vәzir arvadı ilә dalaşdı. Arvadı o saat bir damın üstünә çıxdı, bәrkdәn çığıra-çığıra dedi:
    - Köpәk oğlu, bu da o deyil padşahın qoçunu oğurlayasan, kәsib yeyәsәn.
    Padşah bunu eşidәndə әmr elədi, vəziri tutub dar ağacının dibinә çəkdilәr. Onu asmaq istәyәndә, nanәcib varlı gəlib pulunu istәdi. Vәzir padşaha dedi:
    - Şah sağ olsun, bir sözüm var, qoy deyim, sonra öldürt.
    Padşah dedi:
    - De!
    Vәzir Bәhlulun dediyi sözlәri ona söylәyib dedi:
    - Şah sağ olsun, mәn Bәhlulun dediyi sözlәri sınamaq istәyirdim. Qoç durur, gәtirdә bilərsiniz.
    Padşah adam göndərdi, qoçu gәtirdilәr. Padşah vәziri azad elәdi. Vəzir nanәcib varlıdan aldığı borcu da verdi, padşaha dedi:
    - Mәn sәnә qırx il qulluq elәmişəm, hәmişә sәdaqәtli olmuşam. Demә, bir qoç qәdәr dә qiymәtim yox imiş. Bәhlul dediyi söz doğru çıxdı. Mәni azad elә.
    Padşah çox yalvardı, vәzir razı olmadı. Vәzirlikdәn çıxıb öz evinə getdi. O gündәn arvadına sirr vermәdi, heç bir varlıdan pul borc almadı, böyük, zalım adamlardai kәnar gәzdi, onlara bel bağlamadı.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Bəhlul Danəndə

    Bəhlulun evlənmək istəyən bir nəfərə məsləhəti

    Günlərin birində birisi gəlib Bəhlul Danəndəyə deyir:
    -Bəhlul, mən evlənmək istəyirəm, bir ağıllı məsləhət ver, kimi alım?
    Bəhlul deyir:
    -Qız alsan sən bilərsən, dul alsan mən bilərəm, ərindən boşanmış alsan, nə sən bilərsən, nə mən.
    Sonra Bəhlul:-Dəh, atım, dəh,-deyib qarğı atını səyridir. Kişi Bəhlulun dalınca yüyürüb deyir:
    -Ay Bəhlul, axı mən səndən söz soruşdum, sən heç nə demədin.
    Bəhlul deyir:
    -Bala, sən məni başa düşmədin, mən sənə öz məsləhətimi verdim. Özü də dedim ki, özün bilərsən hansını alarsan, qabaqcadan xasiyyətlərini də söylədim.
    Oğlan yalvarır ki, Bəhlul Danəndə, yenə başa düşmədim, açıq de...
    Bəhlul deyir:
    -Bala, mənim sözlərimin mə`nası belədir: qız alsan, sən nə desən deyəcək ki, sən bilərsən, çünki qız səndən başqasını görmədiyinə görə elə səni hər şeyi bilən bir adam kimi tanıyacaq. Dul alsan, o deyəcək ki, yox, mən bilirəm. Çünki o köhnə ərindən çox şey öyrənib. Əgər ərindən boşanmış alsan, o heç sözə baxmayacaq. Bir söz deyəndə cin atına minib, "dəh" deyib sənnən də boşanacaq.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Bəhlul Danəndə

    DANƏNDƏ, DİVANƏ MƏSLƏHƏTİ

    Bir nəfər Bəhlulun yanına gedib deyir:
    - Bəhlul Danəndə, mən nə eləyim ki, çox qazanc götürüm?
    Bəhlul cavab verir:
    - Get çoxlu dəmir al, bir evə yığ, üstünə də bir az su tök, sonra çox qazanc alarsan.
    Kişi Bəhlul dediyi kimi eləyir. Bir müddətdən sonra müharibə başlayır. Dəmirə ehtiyac artır. Kişi dəmiri baha qiymətə satıb çox qazanc götürür.
    Bir zaman gəlib keçir, yenə kişi Bəhlulun yanına gedib deyir:
    - Bəhlul Divanə, mən nə eləyim ki, çoxlu qazanc götürüm?
    Bəhlul deyir:
    - Get çoxlu soğan al, anbara yığ, üstünə də su tök.
    Kişi Bəhlulun dediyi kimi eləyir. Çoxlu soğan alıb, anbarı doldurur, üstünə də su tökür. Bir il keçir. Soğan cücərib çürüyür.
    Kişi gedib Bəhlula deyir:
    - Birinci dəfə elə məsləhət elədin, çoxlu qazanc götürdüm. Bəs ikinci dəfəki nə məsləhət idi, məni cəriməyə saldı?
    Bəhlul dedi:
    - Birinci dəfə mənə Danəndə dedin, mən də sənə danəndə kimi məsləhət elədim, qazanc götürdün. İkinci dəfə mənə Divanə dedin, mən də sənə divanə məsləhəti elədim.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Bəhlul Danəndə

    BƏHLULUN XƏLƏTİ

    Günlərin bir günü Bəhlulu padşahın düzəltdiyi toy məclisinə çağırırlar. Bəhlul qəbristanlığa gedib, iki kəllə çıxardır. Gətirib kəlləlәri nişan qoyur. Əvvəl kəllənin birinə ox atır. Ox kəlləyə dəyib keçir. Bəhlul kəlləni tullayır, ikinciyə ox atır. Ox kəlləyə dəyir, içində qalır. Bəhlul bu kəlləni götürüb toya gəlir. Padşahın adamları onu dəli hesab edib, döyüb qovmaq istəyirlәr. Padşah icazə verməyib deyir:
    - Qoyun, bunun mə'nasını öyrənək.
    Padşah Bəhluldan soruşur:
    - Bəhlul, bu nə əhvalatdı? Bəhlul deyir:
    - İki kəllə götürmüşdüm. Birinə ox vurdum, dəyib keçdi. Demək ki, bu kəllə sahibinə hər nə söz desəydin, bu qulağından vurub, o biri qulağından çıxararmış. Ox ikinci kəlləyə dəyib içində qaldı. Bu kəllə sahibi çox varlı adam imiş, hər nə ağıllı söz olsa imiş başında saxlarmış.
    Məclisdə oturanlar Bəhlula afərin deyib, gətirdiyi kəlləni ən qiymətli xələt hesab eləyirlər.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  5. #5
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Bəhlul Danəndə

    ŞƏRT'İ BELƏ KƏSƏRLƏR

    Bir kişi balaca bir uşaq tapıb saxlayır. Uşaq bir az böyüyür. Bir tacir gəlib deyir:
    - Bu uşaq mənimdi, balaca vaxtdan itirmişәm.
    Kişi uşağı vermir. Onlar padşaha şikayətə gedirlər.
    Padşah şikayətə baxmaqda çətinlik çəkib deyir:
    - Sabah gələrsiniz.
    Bunlar çıxıb gedirlər.
    Bir nəfər də başqa yerdən bu şəhərə gəlirmiş. Yolda bir piyada adama rast gəlir, onu tərkinə alıb şəhərə aparır. Yerə düşəndə tərkə minən deyir ki, at mənimdi. At sahibi nə qədər deyirsə, olmur, tərkə minən qarayaxa olub yapışır ki, at mənimdir. Axırda bunlar da padşahın yanına şikayətə gedirlər.
    Padşah bunların da şər'ini kəsə bilməyib deyir:
    - Sabah gələrsiniz.
    Bunlar da çıxıb gedirlər.
    Bir qəssab da ağacın üstünə bir kisə qızıl qoyur ki, işi qurtaranda evə aparsın. Bir tacir gəlib pulu götürür, deyir:
    - Bu mənimdi.
    Dava-dalaş, bunlar da padşahın yanına gedirlər. Padşah bunların da şər'ini kəsə bilməyib deyir:
    - Sabah gələrsiniz.
    Səhər açılır. Bəhlul da gəlib çıxır. Bəhlul görür ki, padşah bunların şər'ini kəsə bilmir, deyir:
    - İzin ver, bunların şər'ini mən kəsim.
    Padşah izin verir. Bəhlul tərkə minəni atın yanına göndərir, At heç dinmir. At sahibini atın yanına göndərir. At onu görən kimi kişnəyir. Bəhlul at sahibinə deyir:
    - At sənindi, götür get.
    Bəhlul uşağı çağırıb deyir:
    - Bala, atan kimdi?
    Uşaq onu saxlayanı göstərib deyir:
    - Əmi, atam budu.
    Bəhlul uşağı qabaqca tapana verib deyir:
    - Uşaq sənindi, götür apar evinə.
    Bəhlul qızılı suya salandan sonra qəssaba deyir:
    - Qızıl sənindi, götür get.
    Padşah Bəhlulun şər’i kəsməsindən razı qalıb deyir:
    - Aydınlaşdır görüm, bu nə cür şər kəsmək idi.
    Bəhlul deyir:
    - At ancaq yiyəsini görəndə kişnəyib arpa-saman istər. Uşağı da kim saxlayıb böyütsə atası olur. Qızılı suya saldım ona görə ki, qəssabın əli yağlıdı, suya qızıldan yağ çıxsa, deməli onundu. Elə də oldu.
    Padşah Bəhlula afərin söyləyir.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.