Sayfa 1/14 12311 ... SonSon
137 sonuçtan 1 ile 10 arası

Lətifələr

  1. #1
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Lətifələr



    1. Bir dəfə Çaplindən soruşurlar:
    - Öləndən sonra harada olmağınızı arzurladınız - Cənnətdə və ya Cəhənnəmdə?
    Aktyor deyir:
    - İqlim Cəhətdən,əlbəttə cənnət yaxşıdır.O ki, qaldı yaxşı cəmiyyətə,şəksiz cəhənnəm yaxşıdır.





    2. Bir şəxsi mühakimə edirlər.Hakim soruşur:
    - Boynunuza alırsınız ki,qonşunuzun klarnetini oğurlamısınız?
    - Bəli boynuma alıram.Oğurlamışam.
    - Siz klarnet çalansınız?
    - Ömrümdə əlimə almamışam.
    - Bəs o klarneti nə üçün oğurlamısınız?
    - Məsələ burasındadır ki,mənim qonşum da heç klarnet çalmağı bilmir,ancaq səhərdən axşama kimi çalır.





    3. Ərlə Arvad Sözləşirlər.Arvad deyir:
    - Mən Əminəm ki,o dünyada cənnətdə arvadlar kişilərdən ayrı olurlar.
    Əri cavab verir:
    -Əlbəttə,elə olmasaydı,ora cənnət olmazdı ki!





    4. Bir oğlan bir qıza vurulub atasına yazır:
    "Əziz ata,mənə 10 şilinq göndər,sevgilimlə birlikdə şəklimizi çəkdirib sənə göndərim".
    Ata yazır:
    "5 şilinq göndərirəm.Qızın şəklini çəkdir göndər,səni mən onsuzda yaxşı tanıyıram.





    5. - Arvadın Mahnı oxuyanda sən nə üçün həmişə çıxıb eyvanda dayanırsan?
    - Deyirəm qapı qonşu elə fikirləşər ki,mən onu döyüb-öldürürəm.





    6. Nevrapatoloq yanına gəlmiş xəstədən soruşur:
    - Sizdə belə bir vəziyyət olurmu ki,səs eşidəsiniz,amma kimin və haradan danışdığını başa düşməyəsiniz?
    - Doktor lap tez-tez olur.
    - Bəli Ağırdır!Belə Hallar nə vaxt baş verir?
    -Telefonla danışanda.





    7. Ser,sizin qızınız mənim xoşuma gəlir.Necə edək ki,onunla tez-tez görüşə bilim?
    - Məsləhətim budur:mənə 3 funt borc verin,sonra düz bir il pulunuzun dalınca gəlib gedin.





    8. Oğlan qışqırır:
    - Ana,tez gəl,nərdivanı aşırmışam!
    - Atan bilsə gör başına nə oyun açar...
    Oğlan cavab verir:
    - Atam bilir,o,çılçıraqdan asılı qalıb.





    9. Misal var deyirlər ki,"söz külək kimi bir şeydir,hər yana əsir".
    Bir kişi buna etiraz edib deyir:
    - Düz deyil,o misal elə olsaydı mənim arvadımın dili bütün dəyirmanları işlətməyə kifayət edərdi.





    10. Pedro həkimə gedir.Həkim soruşur:
    - Hə indi necə yatırsınız?Məsləhətimə əməl edib yuxuya getmək üçün sayırsınızmı?
    - Bəli həkim.Düz 18456-ya kimi saydım.
    - Hə,necə,yuxuladınızmı?
    Xəstə deyir:
    - Nə yuxlamağı,işə getmək vaxtı idi.





    11. Diş həkiminin qəbuluna əsə-əsə bir nəfər daxil olur.Həkim xəstənin dişinə baxıb deyir:
    -Gərək çəkilsin.
    Xəstə daha da bərk əsməyə başlayır.
    Həkim bir qədəh araq töküb verir xəstəyə.
    - Hə için,möhkəm olun!
    Xəstə içir və əsməkdə davam edir.Həkim bir qədəhdə tökür,içirir xəstəyə,sonra üçüncüsünü də,dördüncüsünü də.Gördükdə ki,xəstə daha əsmir,həkim soruşur:
    -Hə ,nə oldu?Daha qorxmursunuz ki?
    Xəstə deyir:
    -Ay Hay!Qorxmuram da sözdü!İndi bir kişinin hünəri var mənim dişimə əl vursun.





    12. Kəndlilər dövlətlin əkin sahəsində işləyirdilər.Bir qaraçı yaxınlaşıb deyir:
    - ALLAH köməyiniz olsun.
    - Çox sağ ol.Bəlkə bizimlə işləyəsən?
    Qaraçı deyir:
    - Dırmığım yoxdur.Qoyun durum yanınızda,varlı elə biləcək ki,mən də işləmişəm,mənə də pul verəcək.
    Elə də oldu - varlı hamıya pul payladı,sonra evinə dəvət etdi.O,soruşdu:
    - Kim yeyəcək?
    Qaraçı dedi:
    - Mən.
    - Kim içki içəcək?
    Qaraçı dedi:
    - Mən.
    Sonra varlı soruşdu:
    - Sabah məhsul yığımında kim işləyəcək?
    Qaraçı üzünü kəndlilərə tutub dedi:
    - Dillənin də,elə "mən,mən"deyirəm,ayıbdır axı!
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Lətifələr

    hamisi cox gulmelidir tesekkurler

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Lətifələr

    sag ol canim hamisi eladi.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  4. #4
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Lətifələr

    Süzmənin qiyməti
    Bir dəfə kəndin qoca qadinlarindan biri bazara süzmə satmağa gedir. Ruslardan biri sorşhur:
    qiyməti neçəyədir?
    qadin cavab verir:
    Kliogrami min manat
    Rus qadin baha olduğunu aşagidaki kimi bildirir:
    poçemu tak dorogo stoit?
    kəndli qadin ele bilir ki,ondan parçi(yə'ni ölçü qabi)
    gətirib-gətirmədiyini soruşur.Ona görədə qoca qadin:
    parç yadimdan çixib çeki daşi və qaşig gətirmişem deyə cavab verir
    ***
    Qoy dini çixsin
    Bir yolçu kəndlərin birindən keçərkən axşam düşdüyündən evlərin birində gecəməli olur.O,bir evin qapisini döyərək:ev yiyəsindən gecələmək üçün raziliğ alir! ev sahibi evə dəvət edir.Şam yeməyinin vaxti çatanda ev sahibinin uşaglari yatmağa tələsdiyindən yemək isteyirlər.Şam yeməyinə isə Xaşil bişirilmişdi.Uşaqlar hər dəfə yemək istəyəndə,analari deyirmiş goy dini çixsin (soyusun) soram gətirərəm.bu sözdən şübhələnn qonaq (qonağin adida dini imiş) axirda bezib getməyə hazirlaşir və deyir:
    ay uşaqlar arxayin çörəyinizi yeyin mən çixib gedirəm!
    ***
    Fıştılıq
    Uşagin evdə fişdiliq çaldiğıni (fit) görüb atasi deyir:
    ay oöul adam fişdiliği meşədə çalar
    Dədə ha indi mən fiştiliq çalmaqdan öteri meşəyə getməliyəm? deyə oğul soruşur
    ***
    Ot tayası
    Bir gün Koramal Auzərlə Kuş abuzər ot tayasi yigirmiş
    taya əyri yiğilibmiş.
    sədr bunu görüb deyir:
    bu nədir?
    kenardan baxan ILmeddin adli birisi deyir:
    Koramala bax kuşe bax
    bunlar öorən işe bax
    ***
    Molla Nəsrəddin bir gün öz qızını düşmənə nişanlayır!Və qonşular bu xəbəri alanda dedilər a kişi bu nədir adam öz qızını düşmənə verər! - molla cavab verdi sizində qiziniz mənim qizim kimi eybəcər,qışqıran,özündən razı və tənbəl olsaydı sizdə mənim kimi edərdiz! Qonşular dedi bəs bəy görüb qızı?Molla dedi yox!
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  5. #5
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Lətifələr

    [

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Lətifələr

    cox super tsk'ler
    [

  7. #7
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Lətifələr

    Bir shey deyil.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  8. #8
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Lətifələr

    Zəng çalınır...Şagirdlər içəri girir....Riyaziyyat dərsi başlayır....
    Müəllimə jurnala baxıb deyir:
    Naaaaaaaaaattttttiiiiiiiiiqqqq......
    Natiq deyir : Hııııııııııııııııı......
    Müəllimə: Zəhriman hıııı, çor hıııı....Müəllimə danışanda şagird əyağa qalxar!!! De görüm 2*3 nəçə eləyər ?
    Natiq deyir : 10
    Müəllimə: Otur əəə....
    Biraz sonra.....
    Oooooooooorrxaaaaaaaannnn.....
    Orxan : Hııııııııı......
    Müəllimə: Zəhrimar hııııı, çor hııııı.....Müəllim danışanda şagird əyağa qalxar!!! de görüm 5*5 neçə eləyər ?
    Orxan: 25
    Müəllimə: Bəs 3*5 neçə eləyər?
    Deyir: 15
    Müəllimə: Sən laaaf professorsan kiiii
    Sabahısı gün Orxan gəlir müəlliməyə deyir: Müəəəəəəəəlllliiiiimmməəəəəəəəə. ......
    Müəllimə deyir: Hıııııııııı.....
    Orxan deyir: Zəhrimar hııııı, çor hııııı.....Professor gələndə müəllimə ayağa qalxar






    Menecerin sözləri ilə:

    Kompüter işə düşmür administratoru çagırıram, administartor gəlir, əllərini göyə qaldırır, anlaşılmaz sözlər deyir, mənim stulumu öz oxu ətrafında 10 dəfə fırladır, kompüteri təpikləyir o da işə düşür. Yenə əllərini göyə qaldırır, nə isə deyir və gedir.

    Administratorun sözləri ilə:

    Gəlirəm menecerin yanına, o səfeh o qədər stulda fırlanıb ki, komputerin elektrik kabeli dolanıb stulun ayagına. Özü-özümə söyürəm, kabeli açıram, kompüteri ayağım ilə geriyə dogru, stolun altına itələyirəm, kompüteri işə salıram və gedirəm





    Səfər Əbiyev Rusiya zavodlarında məxsusən Azərbaycan üçün istehsal edilən tanklara baxış keçirir. Ona izah edirlər:
    - Bax görürsünüz, tankın üç dənə geri, bir də irəli surəti var.
    Səfər müəllim təəccüblə:
    - İrəli sürət nəyə lazımdır?
    - Necə yəni, birdən ermənilər arxadan hücum etdilər!




    Bir gün iki uşaq anasından soruşur ana biz necə dünyaya gəmişik.Anası deyir: Sizi quşlar gətirib.
    Uşağın biri o birisinə:
    -Anaya deyək, yoxsa elə həmişə belə əfəl qalsın?




    Dəlixanada dəlinin biri ağacın altında şaqqanaq çəkib gülür.Dostu yaxınlaşıb soruşur?
    - Nəyə gülürsən?
    - Heç! Mən həmişə öz-özümə anekdot deyib gülürəm. Ama bu dəfəkini heç eşitməmişdim.




    Bir gün dovşan meşənin içi ilə gedərkən, yolunun üstündə şirin uzandığını görür. Qorx və həyəcan içində şirə yaxınlaşıb deyir:
    - Olar üstündən keçim gedim? Şir deyir:
    - Olar.
    Gün ərzində 4-5 dəfə belə edən dovşanın yolu yenidən ordan düşür. Dovşan yenə yaxınlaşıb qorxa-qorxa soruşur:
    - Olar üstündən keçim gedim? Şir deyir:
    - Nə istəyirsən ee məndən? Görmürsən ayağım tələyə düşüb dura bilmirəm? Keç get dəə...
    Dovşan cavab verir:
    - Nə deyirsən əə?? Özü də bilirsən nə var qışqırma üstümə!!!




    Bir gün bir xəstə həkimə gedir..
    Həkim müayinə etdikdən sonra xəstə soruşur:
    - Həkim, nə qədər ömrüm qaldı?
    Həkim cavab verir:
    - 10.
    Xəstə təəccüblə soruşur: 10 gün, ay, il, saat? 10 nə?
    Həkim yenidən cavab verir:
    - 9, 8, 7, 6, ...

    Cərrah xəstədən soruşur:
    - Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
    - Əlbəttə ki, pulsuz
    - Lay-lay deyim yatasan,qızıl gülə batasan......

    Həkim xəstəsinin qan təhlil nəticələrini açıqlamaq üçün otağına cağırır ve deyir:
    - sizə bir pis, bir də daha pis xəbərim var.
    - əvvəl pisi deyin
    - təhlil nəticələrinə görə sadəcə 24 saat ömrünüz qalıb.
    - həkim, bundan daha pis xəbər nə ola bilər ki?
    - bunu demək üçün dünəndən bəri sizi axtarıram.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  9. #9
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Lətifələr

    1.Ata oğluna deyir:
    - Get qonşudan bir balta al.
    Uşaq əli boş qayıdıb atasına baltanı vermədiklərini söyləyir.
    Ata da oğluna:
    - Nə xəsis qonşularımız var, get öz baltamızı gətir...

    2.Kim deyib ki qırmızı işıqda yolu keçməzlər, rəhmətlik keçərdi.

    3.Bir gün yoxlama gəlir dəlixanaya ağıllanan dəliləri evə göndərsin. Yoxlama dəliləri yığıb bir sual verir:
    - Deyin görüm vannada balıq tutmaq olarmı?
    Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz. Yoxlama həmin dəlini azad edir.
    Dəli evə gələndə valideynləri soruşur:
    - Səni nə yaxşı buraxdılar?
    Dəli dillənir:
    - Soruşdular ki, vannada balıq tutmaq olar?
    Valideynləri:
    - Bəs sən nə dedin, ağıllı balam?
    Dəli:
    - Dəli zad deyiləm ki, deyim yerini onlar da balıqları tutsunlar.

    4.Uşaq bağçasında müəllimə uşaqlara deyir:
    -Uşaqlar, müəllimə gedir. Nə demək lazımdır?
    Uşaqlar xorla:
    - Allaha şükür.

    5.Ana oğlundan soruşur:
    - Niyə hər gün dərsdən evə gec gəlirsən?
    - Hamısı liftə görədi.
    - Niyə lift işləmir?
    - İşliyir, amma ora yazılıb ki, "Ancaq 4 nəfər üçün". Buna görə də hər dəfə 3 nəfəri gözləməli oluram.

    6.Bir oglan öz dostuna deyir:
    -Yeni bir futbol komandası yaranıb. Çox güclü bir komandadı. Hücumçuları Brazilyalılardan təşkil olunub. Yarım-müdafiəçilər Nigeryalılardan təşkil olunub-Keçilməzdirlər. Müdafiəçiləri Argentinalılardan təşkil olunub-Çox güclüdurlər. Qapıçı isə azərbaycanlıdır. Qol olsa da olmasa da deyir qol deyil.

    7.Bir şəkili kupedə bir generalla şəkiyə gedir. Bələdçiyə tapşırır ki, Şəkiyə çatanda xəbər elə.
    Şəkiyə çatanda bələdçi bunu yuxudan qaldırır. Şəkili də yuxulu-yuxulu generalın paltarın geyinib gedir evə. Evdə arvadı görür ki, əri general olub. Sevinir, ərim general olub. Kişi deyir nə general. dəli olmusan nədir. Gedib güzgüyə baxanda görür ki, həqiqətən generaldır. və belə deyir.
    - Axmaq bələdçiyə demişəm ki, məni qaldır yuxudan, gedib generalı qaldırıb.

    8.Bir gün uşaq məktəbdən qayıdır pendir iyi hiss edib,sevinə-sevinə anasına deyir:
    Ana,ana,atam pendir alıb?
    Ana-Hardaydi o bəxt bizdə ay bala atan noskilərini çixardıb.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  10. #10
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Re: Lətifələr

    [
    Ya da
    [

Sayfa 1/14 12311 ... SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.