2 sonuçtan 1 ile 2 arası

Satirik bir məqalə...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Satirik bir məqalə...

    Sovet dövləti qadınlara və kişilərə bərabər hüquq vermişdi.Arvadın əlindən cana gələn kişi məhkəməyə aşağıdakı mövzuda bir ərizə yazır:

    “Hörmətli və ədalətli hakim! Sizdən xahiş edirəm ki, arvadımla xasiyyətimiz düz gəldiyi üçün bizim boşanmamıza qərar verəsiniz.”

    Hakim ərizəni oxuyub, öz-özünə təəccüblənir və ərizə yazanı yanına çağırıb deyir : - Ərizənin məzmunu düz deyil apar dəyiş.

    İddiaçı deyir : - Ərizədə heç bir səhv yoxdur.Mən ədəbiyyat müəllimi işləyirəm.Ərizə də düzgün yazılıb.

    Uzun mübahisədən sonra hakim belə deyir: - A qağa, mən uzun illərdi ki, hakim işləyirəm, hələ belə ərizə yazana rast gəlməmişəm.Adətən yazırlar ki, xasiyyətimiz düz gəlmədiyi üçün bizi boşayın.Bir halda ki, xasiyyətiniz düz gəlir, gedin yaşayın da daha boşanmaq niyə lazım?

    İddiaçı deyir: - Ədalətli hakim, məsələ burasındadır ki, mən uşağı vururam, o da vurur.Evə gec gəlirəm, o da gec gəlir.Hirslənəndə qab sındırıram, o da sındırır.Araq içirəm, o da içir.Papiros çəkirəm, o da çəkir.Bir sözlə nə edirəmsə o da hamısını təkrar edir.

    Hakim bilmir ki, nə etsin, zalda əyləşən şikayətçi arvad da eynən kişisinin sözlərini təkrarlamağa başlayır.

    Hakim indi məsələnin nə yerdə olduğunu başa düşüb nigahı ləğv edərək kişini bu görünməz bəladan qurtarır
    bunun menasını başa düşene eşq olsun!!!

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Satirik bir məqalə...

    ela super movzu

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.