Padşah ilə vəzir mübahisəyə başlamışlar. Padşah vəzirə, "Ən böyük və ən güclü olan mənəm. Sən mənim əmrimdəsən!" demiş. Vəzir, "Xeyr mən böyükəm. Ordunun başında mən döyüşürəm, sən yalnız möhür basırsan" deyə etiraz etmişdir. Mübahisə uzandıqda Padşahla vəzir, bir çobanın yanına getmişlər və mövzuya dərhal girməmək üçün çobandan soruşmuşlar:
-"Sənin qoyununmu böyükdür, inəyinmi?"
Çoban çaşmış, soruşanlar da Padşahla vəzir.
-"İnəyim" demiş.
-"Keçinmi böyükdür, öküzünmü?"
Çoban "Öküzüm təbii" deyincə, əsl sualı yönəltmişlər çobana:
-"Söylə baxaq, Padşahınmı böyükdür, vəzirinmi?"
Çoban heç düşünmədən cavab vermiş:
"Vallah mən bu heyvanları tanımıram!"