Məmməd London səfərindən qayıtdıqdan sonra bütün dostları onu sorğu-suala tutmağa başlayılar:
- Ay Məmməd, danış görək, oralarda vəziyyət necədir?
Məmməd başını bulayaraq deyir:
- Qardaşlar, biz çox gerilərdə qalmışıq. Onlar dəhşətli dərəcədə savadlıdır.
Dostlar utana-utana bildirirlər:
- Qardaş, nə oldu ki, bu cür qənaətə gəlmisən?
Məmməd yenə köks ötürərək deyir:
- Dostlar, inanırsınız, Londonda 3 yaşlı uşaq da ingiliscə danışır...