İki nəfər kənd qırağı ilə piyada gecə evə gedirlər. Qəbirstanlığından yanında keçəndə qəribə tıqqıltı səsi eşidirlər. Qorxa-qorxa səs gələn yerə gizlincə yaxınlaşırlar. Bu zaman əlində çəkic və iskənə ilə işləyən qoca görürlər.
Qocanı gördükdən rahatlaşaraq ona yaxınlaşıb gülə-gülə soruşurlar:
- Ay qoca, bu yaşında qəbirstanlıqda qorxmayaraq gecə vaxtı da iş görürsən? Sənin indi çoxdan yatan vaxtdır?
Qoca əsəbi halda qışqıraraq deyir:
- Axmaqlar, mənim adımı baş daşında səhv yazıblar, onu düzəldirəm.