Professor imtahan götürdüyü, əsəbindən dili-dodağı əsən tələbəsinin həyəcanını götürmək üçün mehribanlıqla gülümsəyir:
- Mənə elə gəlir ki, biz tanışıq. Sizinlə əvvəllər hardasa qarşılaşmamışıq ki?
Tələbə sıxıla-sıxıla dillənir:
- Mən keçən il Sizə imtahan vermişəm, təəssüf ki, o vaxt kəsildim.
Professor tələbəyə ürək-dirək verir:
- İnşallah bu il kəsilməzsən. Yadında deyil, keçən il sənə verdiyim birinci sual necə olmuşdu?
Tələbə suçlu-suçlu mızıldayır:
- Sizinlə əvvəllər hardasa qarşılaşmamışıq ki?