Məhkəmənin iclası gedir. Yaşlı hakim özü ilə birlikdə prosesə gənc hakimi də gətirib. Dövlət ittihamçısı olan prokuror üzünü hakimə tutub deyir:

- Mən bu cinayət işi ilə tanış oldum və gördüm ki, ittihamnamə başdan-ayağa saxtadı, günahlandırılan şəxsin heç bir cinayət əməli olmayıb. O zaldan dərhal buraxılmalıdır.

Gənc hakim yaşlıdan yavaşca soruşur:

- Bağışlayın, çıxış edən prokurordu, yoxsa vəkil?

Yaşlı hakim:

- Yaxşı pul verəndə prokuror da vəkil kimi danışa bilir.