Məşhurlardan ikisi təsadüfən müqəddəs ziyarətgahların birində qarşılaşırlar. Biri o birisindən təəccüblə soruşur:

- Salam, xoş gördük. Axı mən biləni sən üçüncü dəfədi ziyarətə gəlirsən. Özü də qayınananla birlikdə. Xeyirdimi, yəni bu qədər niyyətlisən?

Dostu cavab verir:

- Doğru deyirsən, üçüncü dəfədi gəlirik. Arvad oturub-durub deyir ki, Allah məni bu ziyarətgahda öldürsün. Ona görə məcburam, gəlib-gedəm. Hələ ki, bir şey yoxdu.