Sayfa 1/2 12 SonSon
13 sonuçtan 1 ile 10 arası

Molla Nesreddin

  1. #1
    Junior Member
    Üyelik tarihi
    May 2005
    Mesajlar
    1

    Molla Nesreddin

    Demeli 1 gun Molla Nesreddinnen sorusurlar ki:
    -Molla emi,niye gore camahat mescidde namaz qilandan sonra cixib heresi bir terefe dagilir??
    Molla biraz derin dusundukden sonra deyir:
    - A bala hami 1 yere getse dunya ashar axi
    Bilirem shitdi biraz ama men oldum ilk defe bunu esidende gulmekden=))

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Apr 2007
    Mesajlar
    391


  3. #3
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Daha men sağaldım

    DAHA MƏN SAĞALDIM
    Molla azarladığı vaxt qohum-qardaşları ona baş çəkməyə gəlirlər. O qədər otururlar ki, Molla lap darıxır. Axırda yerindən qalxıb deyir:
    — Daha mən sağaldım, siz də gedin evinizə.



  4. #4
    Senior Member
    Üyelik tarihi
    Feb 2007
    Yer
    From the hell
    Mesajlar
    749

  5. #5
    Senior Member
    Üyelik tarihi
    Apr 2007
    Mesajlar
    391

    Re: Daha men sağaldım

    Alıntı Baku Nickli Üyeden Alıntı
    DAHA MƏN SAĞALDIM
    Molla azarladığı vaxt qohum-qardaşları ona baş çəkməyə gəlirlər. O qədər otururlar ki, Molla lap darıxır. Axırda yerindən qalxıb deyir:
    — Daha mən sağaldım, siz də gedin evinizə.


    Yaxşı fikirdir

  6. #6
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Yayın çox isti bir günü Molla Nәsrәddin öz oğlu ilә birlikdә bazara gedir. Molla yorulub bir yerdә oturur vә oğluna on manat pul verir ki, gedib bazarlıq elәsin. Ancaq oğluna tapşırır ki, hәr şeydәn qabaq bir az bal alıb gәtirsin.
    Oğlan balı alıb gәtirir vә atasının yanında qoyub, özü başqa şeylәr almaq üçün bazara qayıdır. Oğlan uzaqlaşan kimi Molla baldan bir barmaq yeyir. Xoşuna gәlir, bir barmaq da götürür. Müxtәsәr ki, oğlu gәlib çıxınca balın hamısını yeyib qurtarır.
    Nәhayәt oğlu gәlib çıxır. Molla görür ki, oğlu әliboş gәlib heç bir söz demir, ancaq şikayәtә başlayıb deyir:
    — Belә dә isti olar, gün az qalır dәmiri әritsin. Mollanın oğlu atası kimi çox hәrif olduğundan atasının şikayәtlәnmәsindәn şübhәlәnir, tez durub bal küpәsinә baxır, balın yox olduğunu görüb soruşur:
    — Ata, bәs bal necә oldu?
    —Bala, istini görmürsәn, yәqin әriyib qurtarıb,— deyә Molla cavab verir.
    — Әriyәr, ata, әriyәr. Elә sәn demişkәn isti dəmiri dә әridir. Şey-şüy almaq üçün mәnә verdiyin bu şoqәrib onluq da istidәn әriyib qurtarıb. Ona görә dә dediyin şeylәrin heç birini ala bilmәmişәm.
    Molla oğlunun dediklәrinә diqqәtlә qulaq asıb deyir:
    — Tәqsir sәndә deyil, oğlum, mәnә oxşayıbsan. Әgәr anan da bizә oxşasa, bir-iki günә evimizin divarları da günün istisindәn әriyib qurtarar.
    [
    Ya da
    [

  7. #7
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Molla Nesreddin - indi deyerki, paltarda menimdir

    İndi deyərki, paltarda mənimdir

    Molla hər səhər јuxudan duranda dua edib min qızıl istəyərmiş.
    — əgər doqquz yüz doxsan doqquz olsa, almayacağam, — deyərmiş.
    Mollanın varlı qonşusu bununla maraqlanır. Kisənin içinə doqquz yüz doxsan doqquz qızıl qoyub, bir səһər Molla dua edərkən bacadan içəri buraxır. Molla, duasının qəbul olunduğunu görüb bacadan düşən qızılları sayır. Görür ki, bir qızıl əskikdir. Heç halını dəyişməyib deyir:
    — Doqquz yüz doxsan doqquzunu verən birini də verər.
    Qızılları yığışdırır. Mollanın bu hərəkətini görən qonşu tez damdan aşağı enib onun yanına gəlir:
    — Molla, bizim qızılları ver görək.
    — Dəli olmamısan ki!.. Məndən nə qızıl istəyirsən?
    — Sənin hər səhər dua elədiyini görüb sözünün üstündə dayanıb-dayanmadığını bilmək üçün qızılları bacadan mən atdım.
    Məsələ uzanır. Axırda qonşu deyir:
    — Elə isə gedək məhkəməyə.
    — Mən məhkəmədən qaçmıram. Ancaq piyada gedə bilmərəm. Mənim üçün yaxşı bir qatır gətir.
    Qonşu, Molla üçün yaxşı bir qatır gətirir. Molla bu dəfə də:
    — Mənim paltarım köhnədir. Məhkəməyə bu çür gedə bilmərəm, — deyir.
    Qonşu, Mollanı məhkəməyə aparmaq üçün gedib bir yaxşı paltar gətirir.
    Molla paltarı keyib qatırı minir və gedir.
    Məhkəmədə qonşu, məsələni danışıb qızılları istəyir. Molladan soruşurlar:
    — Molla, sən nə deyirsən?
    — Soruşun ki, mənə əli ilə qızıl verib?
    Qonşu təkrar məsələni danışıb Mollanı sınamaq istədiyini deyir. Molla:
    — Ehtimal, mən pullarımı sayanda bu bilib, onu məndən almaq istəyir. Doğrusu bunlar elə adamlardır, indi deyər ki, «bayırdakı qatır da mənimdir».
    Qonşu özünü itirib:
    — əlbəttə... əlbəttə mənimdir! — deyir.
    — Gördünüz... İndi deyər ki, əynindəki paltar da mənimdir.
    — əlbəttə, əlbəttə mənimdir!
    Məhkəmə sədri qonşunun «mənimdir, mənimdir» deməyini görüb Mollanı aldatmaq istədiyinə inanır və o adamı qovlayır.

    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  8. #8
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Molla Nәsrəddin bir boyaqxana dükanı açıb boyaqçılıq elәmәyә başlayır. Bir gün birisi paltarlıq şal gәtirib deyir:
    — Molla, bunu boya.
    — Nә rәngә boyuyum?
    — Elә rәngә boya ki, ondan dünyada olmasın.
    — Necә yә'ni «dünyada olmasın?!»
    Yә'ni nә qırmızı olsun, nә qara, nә göy, nә yaşıl, nә sarı, nә dә ki, ağ olsun. Aydındırmı?
    — Kefin istәdiyi kimi boyayaram.
    — Yaxşı, nә vaxt gәlim aparım?
    — Elә gün gәl ki, nә şәnbә olsun, nә bazar, nә bazar ertәsi, nә tәk, nә çәrşәnbә, nә cümә axşamı, nә dә cümә günü.
    [
    Ya da
    [

  9. #9
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Bir gün Molla Nәsrәddin bazara çıxır. Bazarda gәzәndә görür ki, bir ovçu iki dovşan satır. Molla cibindә olan pulunu verib dovşanların ikisini dә alır vә evә aparır.Arvadı dovşanları görüb molladan soruşur:
    -A kişi, bu dovşanları nә üçün-almısan?
    -Molla cavab verir:
    -Arvad, sәs salma, darğanı aldadacağam, pul qazanacağam.
    Arvad soruşur:
    -A kişi, dәli-zad olmamısan ki? Sәn bunlarla nә çür pul qazana bilәrsәn?
    Molla deyir:
    -Arvad, dovşanın birini evdә bağlayacağam, birini dә darğaya aparacam. Sәn bir yaxşı aş bişirәrsәn, bostandan da bir yemiş dәrib kәtirәrsәn.Sonra nә elәyәçәyәm, özüm bilәrәm.
    Arvad aş bişirmәkdә olsun, molla da dovşanın birini evdә dirәyә bağlayır, birini dә götürüb darğanın yanına kedir. Salam-kalamdan sonra molla deyir:
    -Darğa, adam dili bilәn bir dovşanım var. Әlim aşağı düşdüyündәn satmaq istәyirәm. һeyfim gәlir ki, onu һәr adama satam. Sәnә layiq olduğu üçün gәtirmişәm.
    Darğa ondan soruşur:
    -Necә adam dili bilir? Heyvan da adam dili bilәrmi?
    Molla deyir:
    -Mәn nә desәm başa düşür.
    Darğa deyir:
    -Elә şey olmaz, buna inanmıram.
    Molla deyir:
    -İstәyirsәn ,bu saat sınayaq.
    Darğa razı olur. Molla ağzını dovşanın qulağına dirәyib deyir:
    -Dovşan, get, evdә arvada de ki, bir yaxşı aş bişirsin, bir-iki dә yemiş alsın, bu saat darğa ilә gәlirik.
    Molla sözünü qurtarıb dovşanı buraxır. Dovşan qaçıb gözdәn itir. Bir qәdәr mükalimәdәn sonra molla darğaya deyir:
    -Zәһmәt çәk, dur bizim evә kedәk.
    Molla darğanı götürüb evinә aparır. Molla baxır ki, aş dәmә qoyulub, yemişin iyi evi götürüb. Qaldı dovşan, o da evdәdi. Molla özünü dovşanı görmәyәn kimi göstәrib deyir:
    - Arvad, dovşan gәlib çıxdımı?
    Arvadı mәtlәbi o saat başa düşüb deyir:
    - Gәlib çıxıb. Ona nә tapşırmışdın һamısını elәmşiәm.
    Darğa bunu görәn kimi mollanın sözlәrinә tamam inanıb deyir:
    Molla, dovşanın qiymәti neçәdi?
    Molla deyir:
    - Darğa, ucuz verirәm. Min tümәn.
    Darğa o saat mollaya min tümәn verib dovşanı ondan alır, boğazından ipi açıb qulağına deyir:
    -Ket bizim evә, arvada de, bir yaxşı yemәk һazırlasın, molla ilә gәlirik.
    Darğa dovşanı buraxır. Dovşan qaçıb gözdәn itir. Bәli, gәlib görürlәr ki, darğanın arvadı dәһlizdә oturub. Darğa soruşur:
    -Arvad, dovşan gәldimi?
    Arvad çavab verir:
    - Dovşan nәdi?
    Darğa deyir:
    -Dovşan gәlib sәnә demәdimi molla ilә gәlirnk, һazırlıq gör?
    Arvad elә bilir ki, әrinin başına һava gәlib:
    - A kişi, yәqin sәn azarlamısan, get mollaya dua yazdır.
    Darğa bütün әһvalatı arvadına, mәn sizә söһbәt elәdiyim kimi danışır. Arvad mәtlәbi başa düşüb deyir:
    -A kişi, naһaq dovşanı әldәn buraxmısan. Bizә elә bir xәbәr aparıb-gәtirәn dovşan lazımdı. Onda arvadlar mәnim һaqqımda һeç söz deyә bilmәzlәr, görәrlәr ki, aydan arı, sudan duru bir arvadam.
    Darğa mollaya deyir:
    -Molla, bәs dovşan necә oldu?
    Molla cavab vermәmiş arvadı dillәnir:
    -A kişi, yәqin dovşan bizim evimizi tanımayıb başqa yerә getmişdir.
    Molla әlüstü soruşur:
    -Darğa, bәs sәn dovşanı evә göndәrәndә evinizin yerini demәdin?
    Darğa deyir:
    -Yox, yadımdan çıxıb demәmişәm.
    Arvadı darğanı danlamara başlayır:
    -Gör nә axmaqsan ki, elә dovşanı dağa-daşa salmısan, әlimizdәn çıxarmısan.
    [
    Ya da
    [

  10. #10
    Senior Member
    Üyelik tarihi
    Mar 2007
    Yer
    Danmark
    Mesajlar
    789
    hepinizin ellerine saglik..

    demek Molla Nesreddini biz turkmenler Azerbajzanlilardan alismisiz cok komik bu mollalar yaa..

Sayfa 1/2 12 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.