4 sonuçtan 1 ile 4 arası

Məntiqi Sual

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Naxçıvan
    Mesajlar
    546

    Məntiqi Sual




    Bir padşah var imiş, bunun da bir qızı. Günlərin bir günü padşahın iqtisadi krizislə əlaqədar çox böyük problemləri çıxır. Borc yiyələri gəlib qapıya dayananda şah bilmir nə etsin ki, bu vəziyyətdən çıxsın. O zaman onun yadına vaxtı ikən bunun qızını istəyən qonşu dövlətin kralı düşür. Bu kral varlı, dövlətli olduğu kimi bir o qədər də qəddar və yaraşıqsız olur. Tək çıxış yolunu qızını bu krala verməkdə görən şah planını qızına demək qərarına gəlir. Şahzadə də söhbətdən xəbər tutan kimi pis olur, günlərlə otağından çıxmır, yemək yemir. Atası narahat olmağa başlayır və qızını çağırıb deyir. "Qızım, gəl belə eləyək. Gəl püşk ataq. İçində qara və ağ daş olan papaq götürək və sən əlini salaraq daşların birini çıxart. Əgər ağ daşı çıxartsan sən o krala ərə gedəcəksən. Yox əgər qara daşı çıxartsan sən onunla evlənməyə məcbur deyilsən." Şahzadə çıxış yolu görməyərək razılaşır.Fikirlərini krala bildirirlər.
    Püşk günü gəlir. Şah, şahzadə və kral çay qırağında görüşürlər.
    Şah krala papağın içinə ağ və qara daş atmasını tapşırır. Kral da baxır görür ki, ətraf ağ, qara daşlar ilə doludu, əyilib yerdən biclik işlədərək iki ağ daş götürüb papağın içinə atır. Şahzadə bunu görür. Tez atasına xəbər vermək istəyir. Ancaq sonra ağlına nəsə fikir gəlir və atasına demir. Şahzadənin qurduğu plan nə olursa bir neçə dəqiqədən sonra məlum olur ki, şahzadə krala ərə getməyə məcbur deyil. Eyni zamanda kral da şahzadənin ağlına heyran qalır və onun atasının ölkəsinə maddi yardım etmək qərarına gəlir.
    Beləliklə həm şah canını qurtarır, həm də şahzadə.


    Bəs bütün bu problemi həll eləyən plan nə olur, şahzadə necə eləyir ki, ərə getmir krala?
    Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLet

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Məntiqi Sual

    bu suali tapsaq hediyyemiz ne olcaq?
    [

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Naxçıvan
    Mesajlar
    546

    Re: Məntiqi Sual

    Öz Mentiqini hammıya tanıtdırmış olacaqsan
    Dısımda kahkaLardan bi Suuret... İcimde Kan agLayan bi VeLet

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Məntiqi Sual

    Esas ozum ozumu taniyim.Ozumu taniya bilmedikden sonra qiragdaki da taniya bilmieyceksualin cavabini bilirem ama qoy bir az bas sindirsinlar sonra deyerem
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.