1. Domaindlx-dən aldığım 100 MB-lıq host serveri sevgilimə verirəm

2. 50 E-Mail Adresimi hörümçəyə verirəm. Arxiv yaradarsan özününkülərlə

3. Msn Siyahımdakı qızları atama vəsiyyət edirəm.Kef elə, dədə...

4. Kompüterimdə olan Hack Sənədlərini "The Kobay"-a vəsiyyət edirəm

5. Sound Card və Hard Diski dayıoğluma verirəm

6. Download etmək üçün günlərlə yatmadığım Video, Mp3 və Java Scriptlərimi em@x'a verirəm

7. Xarab Mouse-mi Emoser-ə (türk xakeri) verirəm

8. Monitoru baş daşımın əvəzinə qəbirüstündə yerləşdirərsiniz. Məni ziyarətə gələndə canlı ünsiyyətdə olmaq istəyirəm

9. CD-lərimi heç kimə vermirəm, onları da mənimlə bir yerdə basdırın!

10. Keçən ay gələn 60 dollarlıq telefon danışığı ödənişimi ömrümün sonuna qədər ödəyə bilməsəm, siz ödəyin.Xahiş edirəm gecikdirməyin.Gözü açıq getmək istəmirəm

11. Öldükdən bir neçə gün sonra əgər özünüz istifadə etməyəcəksinizsə, Hortnet, Makbanknet, Vızvıznet Cartcurtnet limitisiz internet üzvlüyümü ləğv edin ki, boş yerə kredit kartımdan pul silinməsin

12. 40-ım çıxandan sonra var gücünüzlə çalışın ki, Enbokzirve100'dəki Hitimi 1-ci yerə çıxardasız. Bacarmasanız o dünyada iki əlim də yaxanızda olacaq.

13. Məni dəfn etdikdən sonra o dünyada imkan tapan kimi dərhal online olacam və sizinlə əlaqə yaratmağa çalışacam. Ona görə gecələr MSN-də online olun

14. 13-cü maddə həyata keçərsə, məni Dost siyahısına əlavə edin. Nankor olmayın, yoxsa Hack eliyərəm

15. Sevgilim, sağda-solda chatlaşdığını eşitməyim, xortdayıb gələrəm yoxsa

16. Mütəmadi olaraq, ruhumu çağırmağa çalışın. "Ey ruh! Gəldinsə, kompüterin parolunu yaz" deyin

17. Gəlmişəmsə kompyuteri Reset-ləyin

18. Mən öləndən sonra web sayt zad yaratsanız, mənə də link verin

19. Gözlərim yavaş-yavaş yumulur, tez deyin görüm indi hit üzrə neçənci yerdəyəm?

20. Bir az kənara çəkilin görüm, ölmədən qabaq MSN-ə baxmaq istəyirəm

Axxx, ölürəm deyəsən, tez deyin görüm. virusu kim yolladı mənə? Öyrənin, rahat ölüm heç olmasa