Bakıda Nigar Əliyeva adlı şəxs aldığı çörəyin içindən taxta qırıntısı aşkarlayıb. Evdə çörəyi kəsən Nigar Əliyeva qaraltı görüb. Diqqətlə baxdıqdan sonra onun taxta qırıntısı olduğunu müəyyən edib. Nigar Əliyevanın sözlərinə görə, ailədə hər gün bu çörəkdən istifadə edirlər, ancaq indiyədək belə bir mənzərə ilə qarşılaşmayıblar.