Son vaxtlar qardaş Türkiyədən çox pis xəbərlər gəlir. Keçən həftələrdə Karaman şəhərində 45 oğlan uşağına öz müəllimləri tərəfindən təcavüz edilməsi xəbəri yayılmışdı.

İndi isə Türkiyənin Çorum şəhərində 12 yaşlı qız 7 yaşından etibarən qardaşı, atası, babası tərəfindən təcavüzə uğrayıb.

Hadisə ötən il baş versə də, günahkar şəxslər bir neçə gün əvvəl məhkəməyə çıxarılıblar. Onlar iddiaları yalanlayıblar. Məhkəmə prosesi mediadan gizli şəkildə aparılıb. Dəqiq faktlar olmadığından məhkəmə ertələnib.

Qeyd edək ki, qızın qardaşı, atası və babası 4 aydır ki, polis tərəfindən saxlanılırlar.