“Qiymətləri süni şəkildə artıranlar barədə “195-2”yə məlumat verin”

Azərbaycanda Tarif Şurasının son qərarından (benzinin qiymətinin artırılması - red.) sui-istifadə hallarının qarşısının alınması məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında qiymətlərin monitorinqinin əhatə dairəsini və intensivliyini daha da artırıb. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, son iki günün monitorinqləri istehlak bazarında ərzaq mallarının pərakəndə satış qiymətlərində artımın olmadığını göstərir. Bununla yanaşı, Dövlət Xidməti tərəfindən istehlak bazarında intensiv nəzarət tədbirləri davam etdirilir.

[