Taras Şevçenko-Ukraynanın milli azadlıq nəğməkarı (4)

Şair azadlığına ancaq çar I Nikolay öləndən sonra qovuşdu. Ancaq o, artıq qocalmışdı və ağır əsgərlik həyatı onu üzmüşdü. Ona görə də, bu həyatdan artıq heç nə ala bilməyəcəyini hiss edirdi. Bir vaxlar Sankt-Peterburqa böyük ümidlərlə gəlmişdi, burada xeyirxahların köməyi ilə tanınmışdı, özünə dost da qazanmışdı, düşmən də. O vaxt mübariz idi, gələcəyə ümid bəsləyirdi. İndi isə sinəsində gəzdirdiyi dərdlə azadlıq eşiq ilə öləcəyini xalqının müstəqilliyini bir də görməyəcəyini artıq anlamağa başlamışdı. Ona görə də, bu gün də dillər əzbəri olan və bütün Ukraynanı azadlıq mübarizəsinə səsləyən məşhur “Vəsiyyət” şeirini yazdı.

[