Fiziki şəxs icarə haqqı ilə yanaşı digər gəlir ödəyicisi olarsa, bu zaman vergi necə hesablanır?


Sual: Salam. Fiziki şəxs (Fərdi sahibkar) öz daşınmaz əmlakını icarə müqaviləsi ilə icarəyə verib. İcarə müqaviləsinə əsasən 14 % vergini icarəyə götürən ödəyir. İcarəyə verən Fərdi sahibkar İllik Gəlir vergisinin bəyannaməsini Vergilər Departamentinə təqdim etməlidir? Cavabınıza görə təşəkkür edirəm.

Qurbanova Səbinə
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 78.3-cü maddəsinə uyğun olaraq Vergi Məcəlləsində nəzərdə tutulan hallarda vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin, yəni Vergi Məcəlləsinin 17-ci maddəsində qeyd olunan vergi agentinin üzərinə qoyula bilər. Vergi Məcəlləsinin 124-cü və 150-ci maddələrinin müddəalarında isə fiziki şəxsdən əmlakı icarəyə götürən vergi ödəyicisinin vergi agenti kimi vergini tutmalı olduğu və tutulmuş vergiləri bəyan etməli olduğu qeyd olunur.


[