Evliliyi qorumaq üçün nə etməli?
- Evlənmək nə qədər asan olsa da, onu qoruyub saxlamaq bir o qədər çətin məsələdir. Çünki həyat yoldaşlarından hər hansısa birinin bir sözü, əməli sevərək qurulan yuvaya böyük zərbə vura bilər.

İŞİ YOXUŞA SÜRMƏ

Çalışın mübahisələr zamanı "mən sənə demişdim", "sən başqalarına inandın, mənə yox" kimi ifadələr işlətməkdən çəkinin. Bunun əvəzinə güzəştə getməyi sınayın.

KEÇMİŞİ XATIRLATMA

Evlilikdə yaxşı anlar kimi mənfi məqamlar da mütləq olur. Davalar, mübahisələr, unudulan önəmli günlər, yanlış davranışlar. Evlilik həyatı boyu bu anların, pis xatirələrin dəfələrlə bir birinin üzünə vurulması,yada salınması münasibətləri zədələyir.

Həyat yoldaşınızın fəaliyyətini qəlibə salmaq, ona qarşı qəliblənmiş ifadələr işlətməkdən çəkinin. Məsələn, "sən çox eqoistsən", Sən mənim üçün heç nə etmədin" kimi ifadələrdən istifadə etməyin.

AĞLINI OXUMA

Cütlüklər arasında münasibət bir tərəfli olmağa başlasa onların arasına məsafələr girib demək. Daima olan mübahisələr, davalar kişini və qadını öz dünyasına çəkilməyə məcbur edir. Başlarında qurduqları vəziyyətə uyğun olaraq davranmağa başlayırlar ki, buda bir birilərinin hərəkətlərinə dair yanlış fikirlər formalaşmasına imkan yaradır.

ÖZÜNÜ HAQLI BİLMƏ

Xətalar, anlaşılmazlıqlar hər iki tərəfdən də qaynaqlana bilər. Amma tərəflərədən birinin özünü daima haqlı görməsi vəziyyəti gərginləşdirir.

SƏSİNİ YÜKSƏLTMƏ

Ünsiyyətdə ən önəmli an bir birini sona kimi dinləmək, danışarkən səs tonunu yüksəltməməkdir. İnsan dinləməyi, özünü ifadə etməyi və anlamağı bacarmalıdır.