Yol Polisi sürücülərə müraciət edib

Azərbaycan Yol Polisi proqnozlaşdırılan qarlı-şaxtalı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümi təkərlərin olması vacib şərtdir. Avtomobil əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir. Müraciətdə sürücülərə avtomobili yüksək sürətlə idarə etməmək, şüşəsiləni işlək olmayan avtomobillərlə yola çıxmamaq, ətrafdakıları yağış suları ilə islatmamaq tövsiyə edilib.

[