2 sonuçtan 1 ile 2 arası

Qadının yaşını göstərir

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Qadının yaşını göstərir

    Boyun, əllər, dizlər və s. hissələr insan bədənində qadınların yaşını daha tez göstərən sahələrdəndir. Məhz bu səbəbdən də xüsusi qulluğa ehtiyac duyur.

    Boyun hissəsi və dekolte paltarlar bu baxımdan əhəmiyyətli rola malikdir. Bu hissələrdə yağlanmağa ehtiyac vardır, lakin quru dərisi olan şəxslərdə bu daha da çətinlik yaradır. Çünki məlumdur ki, quru dəriyə malik olan orqanizm daha tez qocalır. Buna görə də bədəninizdəki bu hissələrlə 25 – 30 yaşınızdan etibarən qulluğa başlamalısınız. Yalnız istifadə etdiyiniz kremlər bu yolda sizə kömək etməyəcək. Buna görə də çalışın daha çox nəmləndirici kremlərdən yararlanasınız.

    Özünüz də dekolte paltarları geyinmək üçün dondurulmuş südlərdən istifadə edərək massajlar edin. Bunun üçün əvvəlcədən südü buz üçün nəzərdə tutulmuş çərçivələrə yığın və dondurma kamerasına yerləşdirin. Unutmayın ki sinə hissəsini daima yumşaq şəkildə və astaca massaj etmək lazımdır. Çünki həmin hissənin dərisi olduqca zərifdir

    Dirsəklər və dizlər də qadınların ən zərif hissələrindəndir, lakin biz çox vaxt həmin bölmələri unuduruq. Yenidən cəzbediciliyi qaytarmaq üçün A və E vitaminlərindən istifadə etmək lazımdır, eyni zamanda yağlı kremlərdən hər gün yatmamışdan əvvəl yararlanın.

    Əgər dizlərinizdə və dirsəklərinizdəki dəriniz qurudursa, bu zaman qidalandırıcı maskalar hazırlaya bilərsiniz. Yumurtanın sarısını 2 xörək qaşığı zeytun yağı ilə qarışdırın və 1 xörək qaşığı mindal yağı əlavə edib, qarışdırın. Həmin quru hissələrə çəkərək, 10 dəqiqə saxladıqdan sonra yuyun.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Qadının yaşını göstərir

    gözellik gözellik.. hemişe gözel olun.teşekürler canim
    südle masaj xoşuma geldi...bes süd axmir?? sora yapışqan kimi olmur??? prob edim bir...buzla masaj edib xeste olmaram ki??
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.