3 sonuçtan 1 ile 3 arası

Soyuq havada çatlamış dodaqlara qulluq

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Soyuq havada çatlamış dodaqlara qulluq

    Çatlayan dodaqları necə hamarlaşdırmalı?

    Dodaq üçün masaj: Qış aylarında bir dəqiqə ərzində dodaqlarınızı qaynanmış soyuq suda isladılmış yumşaq diş fırçası ilə ehmalca masaj edin. Sonra dodaqlarınıza tərkibinə bir damcı lavanda yağı qatılmış şirin badam yağı sürtün. Bu prosedur qan dövranını sürətləndirəcək, hətta solğun dodaqlara belə təravət verəcək. Bundan sonra baş və şəhadət barmaqlarınızla əvvəl üst, sonra alt dodağınızı masaj edin.

    Dodaq üçün balzam: Tez-tez soyuqdəyməyə məruz qalıb «uçuqlayan» dodaqlara əlavə müdafiəni xüsusi balzamla təmin edə bilərsiniz: 4 damcı şirin badam yağı və 1 damcı çayağacının efir yağından hazırlanmış məhlulu hər gün dodaqlarınıza sürtsəniz, effektini dərhal görəcəksiniz.

    Dodaq üçün maska: Küçədə dodaqlarınızı yalamayın, bundan onlar daha çox çatlayır və qanayır. Əgər dodaqlarınızda çat əmələ gəlibsə, çalışın bir müddət pomadadan istifadə etməyin. Yatmazdan əvvəl bal və badam yağından maskalar edin.

    Gigiyenik pomada: Kosmetoloqlar qeyd edirlər ki, dodaq qurumasına qarşı ən yaxşı müdafiə makiyaj və gigyenik pomadalardır. Hansı vasitəni - parlaq pomada, dodaq parıltısı və ya rəngsiz gigiyenik pomada seçməyinizdən asılı olmayaraq hər bir kosmetik vasitə özünəməxsus tərzdə dodaqlarınıza qulluq edir.

    Qulaqlarımızı soyuqdan qorumaq üçün papaq taxır, əllərimizə əlcək geyinirik. Amma dodaqlarımızı qışın soyuğundan qorumağın yolu yoxdur. Bu da o deməkdir ki, onlara əlavə qulluq lazımdır.
    Dodaqları yumşaltmaq üçün istənilən bitki yağından (ən yaxşısı zeytun yağı) istifadə etmə k olar. Bunu pomadanın altından da sürtə bilərsiniz.

    Çatlamış, quru və sərt dodaqları bal, xiyar suyu, çaytikanı yağı ilə sürtmək olar.

    Əgər dodaqları limon şirəsi ilə sürtsəniz, onlar uzun müddət təravətli və təbii görünüşünü saxlayacaq.
    Dodaqlarınıza həmçinin üz kremi, tərkibində E vitamini olan yağ və ya aloe olan gel çəkə bilərsiniz. Nəticədə dodaqlar nəm və yumşaq olacaq.

    Üz üçün vanna

    Əgər üz dəriniz qabıq verirsə, quru otlarla 5-10 dəqiqəlik buxar vannası (2-3 xörək qaşığı çobanyastığı, nanə və ya dəvədabanı) qəbul edin. Quru otları 1-2 stəkan suya töküb 3-5 dəqiqə qaynadın, sonra üzünüzü buxara verin, sonra isə dəsmalla qurulayıb bir yumurtanın ağını bir çay qaşığı balla yaxşıca qarışdırıb üzünüzə çəkin. 5 dəqiqədən sonra barmaqlarınızın ucu ilə üzünüzü döyəcləyin.

    Çalışın dərinizi ora-bura tərpətmədən basma hərəkətləri edəsiniz. Sonra üzünüzü sərin su ilə yaxalayın və dəri tipinizə uyğun olan maskanı çəkin.

    Bu prosedur ölmüş hüceyrələri təmizləməklə yanaşı, yorğunluq izlərini aradan qaldıracaq.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Soyuq havada çatlamış dodaqlara qulluq

    Tsk canım menim

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Soyuq havada çatlamış dodaqlara qulluq

    Alıntı suzi333 Nickli Üyeden Alıntı
    Tsk canım menim
    deymez gozelim.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.