6 sonuçtan 1 ile 6 arası

Qadınlar haqqında nağıl, fikirləriniz maraqlıdır

  1. #1
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Qadınlar haqqında nağıl, fikirləriniz maraqlıdır

    Qoca bilici belə nağıl edir:
    Biri var idi,biri yox idi.Böyük bir krallıqda gözəl bir qəsrdə kral Artur yaşayırdı.
    Bir gün kral Arturu başqa bir çar əsir götürdü və zindana atdı.Sonradan ona yazığı gəldiyi üçün azad etmək qərarına gəldi.Amma bir şərt qoydu:Artur onun çox çətin bir sualına cavab verməli idi.
    Kral Artura cavab tapmaq üçün bir il vaxt qoyuldu və sərbəst buraxıldı.Əgər cavab verə bilməsə təzədən əsir sayılırdı və edam olunacaqdı.
    Sual isə belə idi:Əslində bütün qadınlar nə istəyir?
    Artur krallığının bütün qadınlarını sorğu-sual etdi,kənar ölkələrə adamlar yolladı.Amma vaxt bitirdi,onunsa cavabı yox idi.
    Bir gün ona xəbər gətirdilər ki,şəhər kənarındakı xarabalıqda yaşayan ifritə qarı cavabı bilir,amma tələbləri yüksəkdir.Kralın başqa çıxış yolu yox idi,odur ki qarını çağırtdırdı.Nə istədiyini soruşdu.İfritə cavabın müqabilində kralın ən yaxın dostu və ən igid cəngavəri olan Giviana ərə getmək istədiyini bildirdi.
    Givian çox gənc,ifritə isə həddindən artıq çirkin və qoca idi.Artur buna razı ola bilməzdi.O ölməyi üstün tutdu.Amma Givian üçün dostunun həyatı öz həyatından vacib idi.O razılaşdı.
    İfritə cavabı söylədi:Əslində bütün qadınlar öz həyatlarına özlərinin hakim olmasını,özlərinin idarə etməsini istəyirlər.
    Artur cavabı dedi ,azad oldu.
    Cəngavər Givian centlmen idi,ifritə isə çox həyasız.
    Onların toyu təyin olundu,böyük təmtəraqla keçirildi.Toy bitdi.
    Toy gecəsi Givian gəlinin yanına gələrkən orda onu həyatında gördüyü ən gözəl qız gözləyirdi.
    O təəccübləndi.Qız dedi ki,Givian əsl centlmen kimi hərəkət etdiyi və onu qırmadığı üçün indən sonra o günün yarısını gözəl bir qız,yarısını isə ifritə olacaq.İndi seçim onundir-gecə və gündüz kiminlə olmağı üstün tutur.Günün hansı hissəsini gözəl qızla,hansı hissəsini ifritə ilə keçirmək istəyər?
    Givian fikrə getdi:Gündüz onu gözəl qızla görsünlər,gecəni isə ifritə ilə bir yataqda keçirsin və ya gündüz onu qoca qarğa ilə görsünlər,gecəni gözəl və gənc qızla keçirsin?Çətin seçim idi.Odur ki,qərarı ifritəyə buraxdı:Özün necə istəyirsən onu seç.
    Qız bunu eşitdikdə çox sevindi,çünki ona öz həyatına özünün idarə etməsi şansı verilmişdi.Odur ki,qərara aldı ki o həmişə gözəl qız olaraq cəngavərin həyat yoldaşı olacaq.
    Həqiqətənmi qadınlar öz həyatlarına özləri hakim olmaq istəyirmi?
    Əgər belə olsaydı, bu qurulan həyatda oğlanların yeri harda olardı?
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  2. #2
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Qadınlar haqqında nağıl, fikirləriniz maraqlıdır

    Mencede qadinlar öz heyatlarina özleri hakim olmaq istiyirler.

    Oğlanlarin yeri--- bunu demiyim eşi
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  3. #3
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Qadınlar haqqında nağıl, fikirləriniz maraqlıdır

    Qadınlar haqqında nə qədər nağıl, dastan yazılsa azdı
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  4. #4
    Junior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    2

    Re: Qadınlar haqqında nağıl, fikirləriniz maraqlıdır

    isteyenler var. amma men istemirem

  5. #5
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Re: Qadınlar haqqında nağıl, fikirləriniz maraqlıdır

    Alıntı Netya Nickli Üyeden Alıntı
    isteyenler var. amma men istemirem
    bunu oğlanlar bilmesin
    [
    Ya da
    [

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Qadınlar haqqında nağıl, fikirləriniz maraqlıdır

    bu mene tanisdir onu oxumusdum , cox maraqlidir tesekkur ,
    bax qadin neyi nece elemeyini cox gozel bilir sadece gerek qadin azad secim verile ,yoxsa ......

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.