1 sonuçtan 1 ile 1 arası

Əsl hədiyyə necə olmalıdır?

  1. #1
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    502

    Əsl hədiyyə necə olmalıdır?



    Necə hədiyyə seçmək lazımdır ki, onu təqdim etdiyin insana həqiqətən sevinc bəxş etsin? Nə etmək lazımdır ki, yaxınlarımız bizim verdiyimiz hədiyyələri unutmasınlar, hər dəfə onu görəndə şad olub hədiyyə seçmək bacarığımıza təəccüblənsinlər? Sadəcə olaraq bütövlükdə bu prosesi, yəni hədiyyə seçməyi, sevmək və bundan həzz almaq lazımdır. Axı xoşladığın işi yerinə yetirmək çətin deyil. Əsas olan hədiyyənin maliyyətində deyil. Əsas odur ki, onu ürəkdən və səmimi qəlbdən seçəsən ki, hədiyyə təqdim etdiyin insanı hafizəsində uzun müddət qalsın.

    Özünün nəyi xoşladığını unut və fikirlərini sadəcə hədiyyəni təqdim edəcəyin insanın zövq və istəkləri üzərində cəmləşdir. Ümumiyyətlə, yaxın insanlarla ünsiyyət zamanı diqqətli ol ki, hədiyyə seçimi zamanı təşvişə düşməyəsən. Xüsusi bir dəftərdə söhbət aralarında kimin nəyi sevdiyi barədə söylənən fikirləri qeyd et. Məsələn, “Katya kiçik çobanyastığı güllərini xoşlayır” və ya “Seryoqa sevimli rok-qrupunun ilk albomunu tapmaq istəyir”. Aylar öncə haqqında söhbət açdığı bir şeyi unutmayıb ona hədiyyə etməklə sənin həmin insanın dərindən qəlbinə toxunub heyrətləndirə bilərsən. Şübhəsiz, hədiyyə konkret olaraq məhz bu insan üçün seçilməlidir. Əgər onun xəyal etdiyi idman avtomobilini hədiyyə etmək imkanın yoxdursa, o zaman həmin avtomobildə onu rəsmi həkk olunmuş şəkili gözəl çərçivəyə yerləşdirib təqdim edə bilərsən.

    Yeri gəlmişkən, fotoşəkillərin istifadəsi ilə hazırlanmış hədiyyələr böyüklər üçün də olduqca münasibdir. Səbəbkarın qohumlarından onun uşaqlıq şəkillərini al və skanerin köməyi ilə kollaj, açıqca, divar qəzeti və ya istənilən başqa bir şey düzəlt. Və ya rəqəmsal fotoçərçivəyə yerləşdir və slayd-şou formasına salaraq hədiyyə et. Burada əsas məqam ondan ibarətdir ki, bu həqiyyə unikaldır və konkret olaraq həmin şəxs üçün nəzərdə tutlub. Şəkillərlə bağlı ideyanın müxtəlif variantları ola bilər. Məsələn, şəkili təqvimin, köynəyin və ya fincanın üzərinə yerləşdirmək mümkündür. Gülməli bir şəkil seç və ona uyğun bir məzəli yazı əlavə et. Və sənin bu hədiyyənin tayı-bərabəri olmayacaq.

    Təəccübləndir! Əvvəlcədən hədiyyə barədə bir kəlmə belə demə. Qoy hər şey gözləilməz olsun. Qeyri – adi hədiyyə hazırladığını heç bir halda biruzə vermə. Əsası – gözlənilməzlikdir. Yeri gəlmişkən, hədiyyələri sadəcə bayramlarda, onların gözlənildiyi məqamlarda təqdim etmək vacib deyil. Sevdiyin insana və ya rəfiqənə heç bir səbəb olmadan , ağlına belə bir fikir gəldiyinə və ya sevindirmək istədiyinə və ya məhz onun uyğun bir şeyi təsadüfən görüb – bəyəndiyinə görə də hədiyyə vermək olar. Bu zaman gözlənilməzlik effektinin təsiri daha da güclü olacaq.

    Qarşındakı insanı heç vaxt hədiyyənin maliyyəti ilə heyrətləndirməyə çalışma. Axı sənin əsas məqsədin həmin insanı ürəkdən sevindirməkdir. Amma bu hərəkətinlə sən onu müşkül vəziyyətə sala bilərsən, çünki onun sənə eyni bahalıqda hədiyyə vermək imkanı olmaya bilər.

    Hədiyyəni müvafiq səkildə bağlamağı və açıqca əlavə etməyi unutma. Yaradıcı insan burada da öz qabiliyyətlərini nümayiş etdirə bilər. Şer yazmaq və ya sizi birləşdirən məqamları yada salmaq olar. Sadəcə olaraq, inernetdə olan hazır mətnələrdən və darıxdırıcı “səni təbrik edirəm”, “sənə arzu edirəm” kimi ifadələrdən istifadə etmə. Bu məqamda özünü səbəbkarın yerinə qoy və öz ünvanına hansı sözləri eşitmək istədiyini təsəvvür et.

    Nəyi və necə yazmaq barədə heç bir qanun yoxdur. Səmimi qəlbdən yaz və bu kifayətdir. Səncə, valideynlər nə üçün övladlarının uşaqlıq yazı və rəsmlərini ömür boyu saxlayırlar? Çünki onlar həqiqətən səmimi, gülməli və təsirlidirlər. Səmimiyyətini nümayiş etdirmək üçün bu imkandan istifadə et.

    Yeni İl ərəfəsində bütün bu məsləhətləri sınaqdan keçirmək üçün əla şansın var. İxtira və cəhd et. Axı hədiyyə vermək olduqca gözəldir.
    Konu Aygun tarafından (01-06-2015 Saat 12:13 AM ) değiştirilmiştir. Sebep: hədiyyə şəkil əlavə edildi

Benzer Konular

  1. Normal çəki necə olmalıdır?
    By Azerbaycanli in forum Sağlamlıq - Səhiyyə - Tibb
    Cevaplar: 0
    Son Mesaj: 10-15-2010, 08:58 PM
  2. İdeal qız necə olmalıdır?
    By AgLaYaN_BuLuD in forum Psixologiya
    Cevaplar: 22
    Son Mesaj: 07-28-2010, 11:41 AM
  3. Əsl istirahət necə olmalıdır?
    By smy_production in forum Çayxana
    Cevaplar: 3
    Son Mesaj: 07-06-2010, 01:22 PM
  4. Ayrılıq görüşü necə olmalıdır?
    By Secde in forum Çayxana
    Cevaplar: 10
    Son Mesaj: 04-29-2010, 06:50 PM
  5. Müasir qız və oğlan necə olmalıdır?
    By NuriyeV in forum Psixologiya
    Cevaplar: 7
    Son Mesaj: 08-31-2009, 09:29 PM

Bu Konudaki Etiketler

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.